Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar, 10 İyun 2018 00:00

«Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Ağstafa rayonunda maarifləndirmə iclası keçirilib

Written by 

      Azərbaycan Respublikası   «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun  Mətbuat Xidmətindən ethnoglobus.az-a verilən məlumata förə, 8 iyun 2018-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maaliyyə dəstəyi ilə, Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu Qərb bölgəsinin Ağstafa rayonunda“Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə dəstək”layi­hə­sində nəzərdə tutulmuş “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda maarifləndirmə iclası keçirildi.

       İclasda  adiyyəti olan idarələrin, Ağstafa rayon İcra Hakimiyyətinin, QHT- rəhbərləri, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələri, müharibə əlilləri və ve­teran­lar iştirak etdilər. Tədbir məqsədi  o qədər marağlı və ictimaiyyəti düşündürən mövzu olduğundan iclasa hətdda qonşu Qazax rayondan şəhid ailləri və müharibə əlliləri gələrək iştirak edirdilər.

İclas, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların  xatirəsi  yad edilərək öz işinə başladı.

      İclası Ağstafa rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsəllər şöbəsinin müdiri Əziz Məsmaliyev çıxış edərək iclas iştirakçılarını Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin  adından salamlayaraq belə bir mühüm əhəmiyyətli layihənin Qərb bölgəsinin Ağstafa rayonunda həyata keçirdərək şəhid ailələrinin birdəfəlik sığorta vəsaitinin almalarına və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə hüquqi köməklik gostərərk, onlar arasında maarifləndirmə işi təşkil etdikləri üçünAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun əməkdaşlarına öz təşəkkürünü bildirdi.

    Daha sonra layihənin direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti,  «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»nin direktoru  Sərraf Oruc bildirdi ki, «Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və ve­teran­lara qay­ğı göstərmək həm dövlətin həm də cəmiy­yətin başlıca vəzifələ­rin­dən biridir!».Adları qeyd olunan vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını  ar­tır­­maq məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərən­camlar imzalanaraq davam edir.

    Həyata keçirilən layihənin əsas məqsədidə, məhz 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə, Azərbaycan Respublikasının Prezidentinin, 19 aprel 2018-ci il tarixli Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik sığorta vəsaitinin almaları üçün ayrı-ayrı regionlarda maarifləndirmə işləri aparmaq və hüquqi köməklik göstərməkdən ibarətdir.

     Layihə çərçivəsində həmçinin regionlarda, Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış müharibəsi əlillərinin xarici ölkələrdə müalicələrinin, Səhiyyə Nazirliki və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliki tərəfindən təmin olunmasına hüquqi köməklik göstəriləcəkdir.

      Daha sonra Sərraf Oruc öz çıxışında ümid edərək bildirdi ki, Prezidentin 19 aprel 2018-ci il tarixli fərmanı tətbiq edilərək icrası başa çatdıqdan sonra cənab Prezidentin bu istiqamətdə növbəti fərmanı I qrup Qarabağ əlillərinə 8 min 8 yüz manat, II qrup Qarabağ əlillərinə 6 min 600 manat, III qrup Qarabağ əlillərinə isə 4 min 400 manat birdəfəlik sığorta  pulunun ödənilməsi ilə bağlı olacaq və tezliklə onlarında söqorta məsələləri öz həllini tapacaqdır. Çünki, bu kateqoriyalı vətəndaşlarımızın bu vəsaitə çox ehtiyacları vardır.

    Sonra Prezdentin məlum Fərmanının icrasına adiyyəti olan idarəin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətininAğstafa rayon şöbəsinin rəisi mayor Fizuli Əliyev rəsmi statistik məlumar verərək bildirdi ki, Ağstafa rayonu üzrə 421 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı, 69 nəfər  Beynəlmiləl Döyüşçülər Əfqanıstan, 15 nəfər isə digərməhəlli müharibəsi veteranı,152 şəhid ailəsi, onlardan 4 nəfəri Azərbaycanin Milli Qəhranıdır,1258 nəfər Qarabağ müharibəsi veteranı, 122 nəfər 35 nəfər isə Çernobıl AES qəzasının iştirakçısı vardır. Sonuncu şəhidimiz 20 may 2018-ci tarixində, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğludur. Bu insanlar hər vaxt I-ci növbədə Ağstafa rayonu İcra Hakimiyyətin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin diqqət və qayğsı altında olaraq onların tibbi-sosial məsələlərinə əlimizdən gələn köməkliyi əsirgəməmişik. Dövlətimiz tərəfindən bu diqqət-qayğı olub və  bundan sonrada davam etdiriləcəkdir.

      Daha sonra Prezdentin məlum Fərmanına adiyyəti olan idarəin Ağstafa rayonu Dövlət Sosial Müdafiyə Fondunun müdüri Oktay Məsməliyev, Dövlət Sığorta Kommersiya Şirkətinin Ağstafa rayon filalının direktoru Sahib Salıfov, Dövlət Sığorta Kommersiya Şirkətinin Qazax rayon filalının direktoru Mübariz Abdullayev, Ağstafa rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatıma Vəliyeva,  Gənclər və İdman Nazirliyinin Ağstafa rayon idarəsinin baş məsləhətçisi Turan Hüseyinov, "Əfqanıstan Müharibəsi Veteranları" Birliyinin Ağstafa rayon şöbəsinin sədri Mirzahid Haciyev, Silahlı Qüvvələr və Əmək Respublika Veteranlar Təşkilatının Ağstafa rayon şöbəsinin sədri Fərhad Əliyev, Respublika Axsaqqalar Şurasının  Ağstafa rayon şöbəsinin sədri Firdovsi Heydərli, “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” ictimai birliyinin  Ağstafa rayon şöbəsinin sədri Asif Abdullayev çıxış edərək şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitləri haqqında  və şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası, sosial məsəllər ilə əlaqədar iclas iştirakçılarına ətraflı məlumat verdilər.

       Çıxış edənlər öz çıxışlarnın sonunda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2018-ci il tarixində imzaladığı Fərmanını müsbət qiymətləndirərək, cənab Prezidentə və Fərmanın regionlarda icra olunmasına ictimayi dəstək verdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbay­can Respub­likası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun əməkdaşlarına öz təşəkkürlərini bildirdilər.

       Iclasda şəhid ailələrinə, müharibə əlillərinə Prezidentin 19 aprel 2018-ci il tarixində imzaladığı Fərmanını haqqında maarifləndirmə bukleti paylanıldı və Ağstafa rayon adiyyəti olan idarələrin rəhbərləri tərəfindən şəhid ailələrini, müharibə əlillərinı maraqlandıran suallara  aydınlıq gətirildi.

       Iclas Ağstafa rayonunda şəhid ailələrinə, müharibə əlillərinə, vetranlara göstərdikləri  diqqət və qayğıya  və  gənclərin hərbi vətənpərvərlik ruhunun aşılamasındakı xidmətlərinə görə bir neçə nəfərə Fəxri –Fərman və Respublika Veteranlar Təşkilatının medalı təqdim edilərək  yekunlaşdı.

      

Read 183 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR