Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə, 25 May 2018 05:20

"Xamsu-qasaid" kitabında Hacı Zeynalabdin Tağıyev cənablarına həsr olunmuş qəsidə-mədhiyyə

Written by 
"Xamsu-qasaid" kitabında Hacı Zeynalabdin Tağıyev cənablarına həsr olunmuş qəsidə-mədhiyyə google

Nazim Nəsrəddinov

 

Azərbaycan Respublikasının əməkdar müəllimi

Ərəb dilində yazılmış, 1913-cü ildə Dağıstanda çap olunmuş "Xamsu-qasaid" kitabında Hacı Zeynalabdin Tağıyev cənablarına həsr olunmuş qəsidə-mədhiyyə

Əsərin müəllifi- Məhəmməd əl-Ərac əl-Qaziqumuxidir.

  

Mən bu qəsidədən gənc tədqiqatçı Kamran Abdullah ilə FACEBOOK yazışması zamanı xəbər tutdum. Maraqlı mövzu idi. Elə bildim ki, mədhiyyə Hüseyn Cavidin H.Z.Tağıyevə yazdığı, hörmətli dostumuz tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun oxuculara təqdim etdiyi əsərinin ərəbcəyə tərcüməsidir.


Kamran müəllimə sorğu göndərdim:


"Kamran müəllim, salam.

H.Z.Tağıyevə ünvanlanan ərəb dilində olan şeir,

haqqında danışdığımız şeirin farscadan ərəbcəyə Sizin tərcümənizdir, yoxsa tammamilə başqa bir əsərdir?

Ərəb dilində olan bu mədhiyyənin Azərbaycan dilinə SƏTRİ tərcüməsini oxuculara çatdıra bilərsinizmi ?

Maraqlı tapıntıdır. Sizdən başqa, bu şeirdən xəbərdar olan varmı?

Mədhiyyənin müəllifi kimdir?

Mənbə haradandır?

23.05.2018.
P.S.Gələcəkdə bu mövzunu daha ətraflı işləməyiniz maraqlı görünür."

Kamran müəllimin cavabı:

"Aleykum salam müəllim. Mənim tərcüməm deyil. Farsca yaxşı bilmirəm.

Əsərin adı xamsu qasaid (beş qəsidə)dir. Müəllifi Məhəmməd Əl-Ərac Əl-Qaziqumuxidir. Dağıstanda mavrayev mətbəəsində çap olunub. 1913cü ildə".

İndi söz  türkdilli və ərəbdilli klassik ədəbiyyatımızla elmi şəkildə ciddi məşğul olanlarındır. Maraqlıdır, Məhəmməd  əl-Ərac əl-Qaziqumixinin türk dilində yazdığı əsərləri varmı?

http://az.strategiya.az/index.php?do=xeber&id=123397

 

Read 58 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR