Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə, 23 Fevral 2018 00:00

Şərq əbədiyyətə qədər istibdadın, zülmün pəncəsində qalmayacaq ki…

Written by 

Müsahibə 2014-cü ilin oktyabrında hazırlanıb.

 

Kürd araşdırmaçısı Hejar Əsgərovun İraq Kürdustan Muxtariyyəti etrafında geden proseslər barəd ethnoglobus.az saytına eksklyuziv musahibəsi.

İraq Kürdustan Muxtariyyətinin prezidenti Məsud Bərzani  dəfələrə Kürdüstanın müstəqilliyni elan edəcəklərini bəyan etsə bu, sözdə qalmışdı. Bəs indi bu baxımdan qeostrateji proseslərdə hansı dəyişiliklər var?

Həjarê Şamil: 1991-ci ildə İraqın Küveyti işğal etməsinden sonra ABŞ-ın İraqa müdaxiləsi Kürdlərə bu ölkədə fiili muxtariyyət qazandırmışdı. 2003-cü ildəki ABŞ müdaxiləsindən sonra isə Cənubi Kürdüstan federallaşmış, İraq konstitusiyasında ölkənin ‘federal bir dövlət olduğu’ qeyd edilmişdi. Sünücülük şüarı ilə hərəkət ədən İŞİD (DAİŞ) islami terror təşkilatının Musul şəhərini işğal etməsi, İraqı fiili olaraq 3 parçaya böldü. Bu vəziyyət, Məsud Bərzani başçılığındakı Kürdüstan Federal Hökümətini, kürdləri və şiə türkmənləri İŞİD terrorundan qorumaq üçün  federasiyanın xaricində (36-ci paralelin cənubunda) qalan Kərkükdə və Kürdlər yaşayan digər bölgələrdə nəzarət sistemi yaratmağa məcbur etdi.

Məsud Bərzani təmkinli və uzaqgörən bir siyasətçidir, konkret nəticə alacağına inanmasa, addım atmaz. İndiyə qədər kürd xalqının arzusu ilə üst-üstə düşən müstəqillik xəyalını dilə gətirirdi. Mövcud qeostratejik müstəvidə İraqin 3 parçaya bölünməsi nəticəsində Kürdüstanın cənubunda (Iraq Kürdüstanı) müstəqil Kürdüstan dövlətinin yaradılması mümkünləşmişdir. Əvvəllər Kürdüstan xəyaldı, indi isə artıq köhnə İraqı geriyə qaytarmaq xəyal olmuşdur. Bu gün Cənubi Kürdüstanda müstəqil bir dövlətin qurulmasına imkan verən iki əsas dəyişiklik vardır:

Birincisi, İraqın fiili olaraq parçalanmasıdır. İkincisi isə dünyadaki siyasi gedişata istiqamət vermə imkanları olan bir çox dövlətin İraqın parçalandığını qəbul etməsi və Kürdüstanın müstəqil bir dövlət olaraq təşəkkül tapa biləcəyinə dair bəyanatlar verməsidir. İsrail, Fransa dövlətlərinin rəhbərlərinin dəstək mahiyyetinde açıqlamaları oldu. Rusya, müstəqil Kürdüstanın mümkünlüyündən bəhs etdi. Əvvəllər kürdlərin müstəqilliyinə qarşı olduğunu ən çox dilə gətirən Türkiyə isə səssizdir. Dünyanın bir çox mötəbər siyasi analitikleri bu səssizliyi ‘Kürdüstan dövləti elan edilirsə, Kürdlərin müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də Türkiyə olacaq’ şəklində yorumlamaqdadır.

-Hansı situasiya Kürdüstanın müstəqil dövlət quracağına ümidləri artırır? Ötən əsrdə Kürdüstana bir neçə dəfə muxtariyyat verilsə də sonradan bunlar ləğv olunub.

H.Ş.: Yuxarıda “Hansı situasiya Kürdüstanın müstəqil dövlət quracağına ümidləri artırır?” sualınıza qismən cavab verməyə çalışdım. Bu cavaba son illərdə Kürdlərin öz güclərinə olan inamının hədsiz dərəcədə ardığını da əlavə etmək lazımdır. Əvvəllər dünyavi qarışıqlıqlar dövründe ortaya çıxan konjonktür və böyük dövlətlər arasında siyasi-stratejik tarazlığın tənzimlənmesi səbəbiylə Kürdlərə muxtariyyət verilir və sonradan bu haq əllərindən alınırdı. İndi vəziyyət başqadır – Kürdlər muxtariyyəti ve federasyanı davamlı, səbrli və ağıllı mübarizələri ilə özləri qazanırlar. Bu Kürd ictimaiyyətində və siyasi zəminində ortaya çıxan çox ciddi bir dəyişiklikdən, inkişafdan xəbər verir. Kürdlər artıq 20-ci əsrin kürdləri deyildir. Kürdlər  demokratik dəyərlərə bağlılıq əsaslarına görə hədsiz dərecədə siyasiləşmişdir ve Yaxın Şərqdə demokratiyanın lokomotivi olmaq iddiasındadır.

— Kürdüstanın müstəqillik qazanmasının kürdlər və bölgə üçün hansı yan təsirləri ola bilər?

H.Ş.: Məncə sualınızın cavabına belə bir təsbitlə başlamaq lazımdır: Kürdüstan, Kürdlərin tarixi ölkəsidir və Kürdlərin öz ölkələrində Birləşmiş Millətlər Təşkilatı qanunlarına görə də, insan olmağın şərtlərinə görə də öz müqəddaratını təyin etmək haqqı vardır və bu haq əbədidir.

Ancaq Kürdlər müstəqilliyə özlərini alovun içinə ataraq getmirlər, qabaqlarındakı alovları söndürə-söndürə, səbrlə irəliləyirlər. Kürdüstan Bölgəsinin prezidenti Məsud Bərzani, 3 İyul 2014-cü ildə Kürdüstan Parlamentosundan xalqın müstəqilliyə necə baxtığını təsbit etmək, referendum hazırlığına başlamaq üçün müstəqil komissiyalar qurulmasını xahiş etdi. Cənubi Kürdüstanda müstəqillik elan edildiyi təqdirdə, dəstəkləyənlər olacağı kimi, qarşı çıxanlar da olacaqdır. Sərt şəkildə qarşı çıxanlar arasında indidən İranı, Fələstini, qismən Misiri, islami terrorçu təşkilatları göstərə bilərik. Bu güclərin təxribat fəaliyyətləri xaricində vəziyyətə ciddi bir təsir göstərə biləcəklərini düşünmürəm.

Qənaətimə görə, Kürdüstanın müstəqillik qazanmasının bölgə üçün ən böyük ‘yan təsiri’, Yaxın Şərqdə xalqların demokratiyaya, insan haqlarına, topluluqların siyasi bərabərliyinə, xalqların qardaşlığına ümidlərinin artması olacaqdır. Bəzi dövlətlərin təxribatları nəticəsində lokal çatışmaların baş göstərməsi mümkündür. Ancaq belesi gərginliklər müvəqqəti xarakter daşıyacaqdır.

Kürdlər baxımından Cənubdaki müstəqillik, digər 3 parçada (Türkiyə, İran və Suriya) azadlığa və demokratiyaya inamı artıracaqdır. Ancaq digər 3 parçalardakı siyasi vəziyyət, İraqdaki ilə eyni deyildir. Hər parça daxil olduğu dövlətlərdəki şərtlərə görə hərəkət edirlər və edəcəklər. Qərbi Kürdüstanda (Suriya) muxtariyyət istiqamətli fealiyyətlər sürətlənməkdədir. İranda ixtişaşların, qarmaqarışıqlıqların çıxmasına çox zaman qalmadığını düşünməkdəyəm. Belə bir vəziyyətdə kürdlərlə Azərbaycan türklərinin birlikdə hərəkət etməsi tarixi bir zərurətdir. Şimali Kürdüstanda (Türkiyə) kürdlərlə türklərin birlikdə yaşamaq, ölkəyi ortaq şəkildə idarə etmək tendensiyası güclənirsə, gələcəkdə Kürdüstan’ın digər 3 parçası Türkiyə ilə birlikdə hərəkət edərək Türk-Kürd Federasiyası yaratmaq istəyə bilər. Türkiyədki bir cox siyasətçi və ziyalı da bu fikrə soyuq baxmırlar.

— İran Kürd muxtariyyatının yaranmasından narahatdır, amma Türkiyə rahat görünür. Bunun səbəbi sizcə nədir?

H.Ş.: Çox nədən sıralamaq olar. Nədənlərdən biri bu iki ölkədəki siyasi sistemlər arasındaki fərqle əlaqəlidir. İran despotik-teokratik bir sistəmlə idarə edilir, Türkiyə fiili olmasa da konstitusiyasına göre demokratik bir dövlətdir. İçtimaiyyətin (Türkiye içtimaiyyətinin 40 faizinden çoxu etnik olaraq türk deyildir) iqtidar üzərində təsiri vardır. Bu ölkədə 20 milyondan çox kürd yaşayır və onlar siyasi baxımdan aktivdir.

Başqa bir nədən kimin hansı ‘bəynəlxalq klub’da yer tutması ilə izah edilə bilər – Türkiyə, hər nə qədər Fələstindən ötürü İsraillə davalı kimi görünsə də İsrail-ABŞ-Avropa Birliyi cəbhəsində yer almaqdadır. İsrailin kürd müstəqilliyinə birbaşa, ABŞ-ın isə bilavasitə dəstəyi vardır. Digər Avropa ölkələri müstəqqillik faktına qarşı şüphəsiz ki, müharibə elan etməyəcəklər. İran, İsrail və ABŞ-ı açıqdan baş düşmənləri olarak görməkdədir. Türkiyə isə bölgədə İranın ən böyük rəqibi, əslində bölgədəki baş düşmənidir. İsrail-Türkiyə cəbhəsinin müsbət gördüyü hər şeyə İran mənfi gözlük arkasından baxması təbiidir.

Türkiyə, xüsusi ilə Ərdoğanın hakimiyyətə gəlməsindən sonra ölkədeki Kürd/Kurdüstan probleminin həlli üçün özünə görə bir axtarış içindədir. Düsturlar arayır. PKK lideri Öcalanla birlikdə bir ortaq məxrəcə gəlməyə çalışır. İranda isə belə bir axtarış yoxdur. İran ‘öz kürdlərindən’ ilan çatıdan qorxan kimi qorxur. Ümumiyyətlə Kurdüstanı parçalamış hər 4 dövlətin digər dövlətlərdəki kürdlərlə əlaqəli proseslərə qarşı çox maraqlı olması, ‘öz kürdləri’ səbəbiylədir. Türkiyə, PKK-nin başlatdığı son kürd üsyanını qada-bəlasız nəticələndirmək ümidi ilə yaşayır. İran isə yeni və gülcü bir kürd üsyanına hamilədir. Əlbəttə ki, Cənubi Kürdüstanın müstəqillik yoluna qədəm qoyması daha çox bu dövləti narahat edəcekdir.

Müasirləşməyə qapılarını qapatmamış və hər tərəfli inkişaf edərək beynəlxalq aləmdə daha irəli bir yerə çıxmaq istəyən dövlətlərin siyasətini müəyyənləşdirən faktorların başında iqtisadiyyat gəlir. Türkiyənin Kürdüstan Federasiyasına ixracat həcmi 10 milyard dollardan daha çoxdur. Keçən aylarda Cənubi Kürdüstan və Türkiyə arasındaki neft boru xəttinin inşaatı sona çatdı. İraq neft yataqlarının 40 faizindən çoxunu özündə cəmləşdirən Kərkük və ətrafı da halı-hazırda Kürdlərin əlindədir. Türkiyə, Kürdüstan Federasiyasındakı zənginlikləri öz gələcəyi üçün bir fürsət olaraq qiymətləndirmək istəyir. Ərdoğan iqtidarının ekonomik mənfəət nöqteyi nəzərindən baxdığı kürd müstəqilliyi məsələsinə İran, ideoloji nöqteyi nəzərdən baxır.

Bir siyasi diletanta görə İran doğru bir şey deyir. Çünkü ona görə ‘dünyanı idarə edənlər’ ABŞ və İsraildir. Ancaq bu ritorik, həqiqətin bütövünü ifadə etmir. Soyuq müharibə dövrü, 2 bloklu dünya sistemi bitsə də dünyada müəyyən siyasi bloklar, cəbhələr, ‘komandalar’ yaranmışdır ve yaranmağa davam edir. Hətta bəzi konkret siyasi, beynəlxalq məsələlərdə müvəqqəti siyasi bloklar da qurulur. İsrail, ABŞ və Türkiyə bir çox beynəlxalq məsələlərdə çəkici eyni zindana vururlar ancaq bəzi məsələlərdə öz aralarında ziddiyyət də yaşayırlar. Məsələn, Fələstin məsələsində Türkiyə və İsrail tez-tez qarşı-qarşıya gəlirlər, amma İrana münasibətdə gizli bir ittifaq içərisindədirler.

Kürdüstan məsələsində de hər kəs öz oyununu oynayır. Bilindiyi kimi bölgəde tam demokratik olmasalar da demokratiya prinsiplərini resmi şekilde qəbul etmiş iki dövlət vardır: İsrail və Türkiyə. Demokratik sistəmlə idarə edilən İsrail, 22 despot ərəb dövləti arasında (söhbət xalqdan getmir, dövlətlərdən gedir) özünü qulyabaniler tərəfindən mühasirəyə alınmış kimi hiss edir. Yaxın Şərqdə Demokratik Kürdüstan Dövlətinin yaranması bu mənada İsrailin mənfəətinə uyğundur. Yaxın ve Orta Şərqdə üçüncü demokratik dövlətin doğuşu, bölgə xalqlarının da xeyrinədir. Türkiyə, daxili müharibə ilə keçən 30 ildən, minlərlə vətandaşının ölümündən, kürdləri silah gücüylə ‘türkləşdirmək’ üçün xərçlədiyi 200 milyard dolları itirdikdən sonra Kürdlərlə döyüşməkden çox Kürdlərlə barışmağın, sülh içində yaşamağın öz mənfəətinə uygun olduğuna qərar vermə mərhələsinə yaxınlaşmışdır. Əlbəttə ki, sülh göydən alma kimi düşmür, bəzi ambisiyalardan imtina etmək lazım gəlir.

— Türkiyənin Kərkükü kürdlərə güzəşt etmək əvəzinə Türkiyədən kürdlərin müstəqillik istəməyəcəyi kimi bir vəd alması barədə fikirlə bağlı nə deyə bilərsiz?

H.Ş.: Bu fikirlər son vaxtlarda İraqdaki hadisələr ətrafında icad edilən fərziyyələrdən biridir.  Dövlətlər, içtimai, siyasi ve herbi birlkər arasında siyasət başqa cürdür, bu qədər sadə deyildir. Siyasət, imkan sənətidir. Türkiyə də buna görə hərəkət edir. Heç bir dövlət və yaxud siyasi-hərbi qüvvət, verilən sözlər və vədlərlə hərəkət etməz, siyasətini buna görə qurmaz. Hər kəs siyasət oyununda əlindəki kartlara, sahib olduğu imkanlara görə oynayır, uduzur və qazanır. Strateji ve siyaset vədləre göre müəyyənləşdirilmez.

Heç kimsə heç bir yeri başqa birinə qüzəşt etməz və heç kəs də digər birinə ‘müstəqqillik istəməyəcəyəm’ vədi verməz. Bu bir absurddür. Bu gün Türkiyə və ya başqa bir dövlət, mənfəətinə uygun gördüyü bir şeyi sabah mənfəət siyahısından çıxara bilər. Bir neçə il qabaq Türkiyə, İraqda federativ Kürdüstanın yaranmasına belə qəti şəkildə qarşıydı və bunu ‘qırmızı çizgilər’ şəklində qiymətləndirirdi. İndi isə Federativ Kürdüstanın başçısını Ankaranın Çankaya Köşkündə qırmızı xalçalar üzərində qarşılayırlar!

Məsələ belədir: Ankara, Kərkükün bundan belə Kürdüstan ölkəsinin bir parçası olaraq kürdlərin əlinde qalacağı, kürd iqtidarının türkmənlərə ərəblərdən qatbəqat yaxşı münasibət göstərəcəyi inamını daşımaqdadır. Yəni Türkiyə, Kərkükü kürdlərə güzeşt etməmişdir ve Türkiye de kürdlərdən “Türkiyədən müstəqillik istəmirik” vədi almamışdır. Siyasətde belə şeylər olmaz.

Kərkükü idarə edən Cənubi Kürdüstan rəhbərliyinin, Şimali Kürdüstanlıların, yəni türkiyəli kürdlərin Türkiyədən nəyi tələb edib nəyi tələb etməyəcəyinə qərar verəcək nə gücü vardır, nə də haqqı.

— İsrail Fələstinin bir dövlət kimi tanınmasının əleyhinə olduğu halda Kürdüstanın müstəqilliyini necə tanıya biləcək?

H.Ş.: Çox rahatlıqla! Siyasətin mənəviyyatı yoxdur ki… Siyasi həmlələr mənfəətlərə görə edilir. “Siyasi mənəviyyatsızlıq” sadəcə İsrailə məxsus deyil.

Nəcə ki, Türküyə on illər boyunca kürdlərin müstəqilliyini tanımağı bir tərəfə buraxın, 20 milyon kürdün ana dildə danışmaq haqqını belə əlindən alaraq Yaxın Şərqin qədim bir xalqına qarşı dünyada tayı-bərabəri görünməmiş zülüm etdiyi zamanlarda Bolgarıstanda, Yunanıstanda yaşayan türklərə zülm edildiyini dünyaya car çəkdi isə, Şimali Kipirin müstəqilliyini necə tanıdı isə, İsrail də belə bir könül rahatlığı ilə Kürdüstanın müstəqilliyini tanıya bilər.

Necə ki, ABŞ və Avropa dövlətləri, Çinin uygurlara etdiyi zülmü görməyib, yuxarı və aşağı Qarabağın ermənilər tərəfindən işğalını ‘gözdən qaçıraraq’, Abxaziyanın müstəqilləşmə haqqına göz yumaraq Bosniyanın müstəqilliyini tanıdı isə, Kürdüstanın müstəqilliyi də bu məntiqlə tanına bilər.

Necə ki, Rusiya, Yuqoslaviyanın parçalanmasına qarşı çıxaraq, Bosniyanın müstəqilliyinə etiraz edərək Abxaziyanın və Cənubi Osetiyanın Gürcüstandan ayrılmasına kömək etdi isə, İsrail də beləcə ikili standartlı siyasət güdə bilər.

Yenə də necə ki, Türkiyə bir tərəfdən İraqda yaşayan, ‘soydaşlarımız’ dediyi türkmənlərin əzildiyini dilə gətirərək, digər tərəfdən 20 milyondan çox öz kürd vətandaşının soydaşları olan Suriyəli kürdləri əzmək üçün Əl-Nüsra və İŞİD kimi terror təşkilatlarına hərbi, iqtisadi və siyasi dəstək verdi isə (idi də öz bumeranqı özünü vurur) İsrail də bir tərəfdən fələstinliləri əzərək digər tərəfdan Kürdüstanın müstəqilliyini tanıya bilər.

Yeri gəlmişkən nə acıdır ki, bütün kürd partiyaları, kürd xalqının hardasa bütünü Fələstinin müstəqilliyini istəsələr də Fələstin yönəticiləri və siyasətçiləri arasında tək bir nəfər Kürdüstanın müstəqilliyinə müsbət nəzərlə baxmamaqdadır. Bu, sadəcə siyasi bir paradoks deyildir, cəmiyyətlərin sahib olduğu mənəviyyatlar arasındaki fərqin də ortaya çıxmasıdır. Məsələn, Türkiyədəki rəsmi kürd partisi sayılan HDP-nin (Xalqların Demokratik Partiyası, Türkiyə prezidentliyinə 3 namizəddən biri olan Səlahaddin Dəmirdaş bu partinin lideridir) programında Fələstinin müstəqilliyinin tanınması açıq bir şəkildə yazılmışdır. Ancaq Fələstin yönətiminin başındaki Mahmud Abbas isə hər ağzını açdığında “Kürdüstan, ərəblərin belinə vurulan bir xənçərdir” deməkdədir. Mən bir şəxs olaraq Fələstinin müstəqillik qazanmasını müdafiə edənlərdənəm amma mənə görə, Fələstinin indiyə qədər müstəqillik qazana bilməməsinin əsas günahkarı İsrail deyil, fələstinliləri gladiator kimi arenaya atıb özləri isə işləmədən, heç bir əziyyet çəkmədən neft qazancı ilə kef edən ərəb dövlətlərinin rəhbərləri, ümumiyyətlə ərəblərdir. Despotluqdan başqa heç bir bacarıqları olmayan ərəb dövlətlərinin hamısı eyni bezin qırağıdır.

-Bölgədə Kürdüstanın müstəqillik qazanması regiona hansı yeni şərtləri gətirəcək?

H.Ş.: Müstəqil Kurdüstanın regiona təsiri məsələsi haqqındaki fikirlərimi 3-cü sualınıza cavab verende dilə gətirməyə çalışdım əslində. Bunları əlavə etmək olar:

1 – Müstəqil Kürdüstan, avropalıların xətkeş ilə çəkdikləri Şərqdəki dövlət sərhədlərinin heç də ‘müqəddəs’ olmadığını, deyişməsinin mümkün və zəruri olduğunu göstərəcəkdir.

2 – Şərqin əzilən xalqlarının azadlığa inamını artıracaqdır.

3 – Müstəqil Kürdüstan, demokratik prinsiplər ilə idarə ediləcəyi üçün doxsan doqquz faizi despotizmlə, diktatorluqla və teokratik sistemlərlə idarə edilən Şərq xalqlarının demokratiya və insanca yaşamağa olan ümidləri ovxarlanacaqdır.

4 – Kürdlər, 2003-cü ildə İraqda Yaxın Şerqin ilk federativ dövlətini quraraq bölgəye əvəzsiz bir xidmət göstərdilər, dəyişmə, dönüşmə fürsəti qazandırdılar. Vəhşi Şərq dövlətləri qanqallığının ortasında açılan bir bənövşə kimiydi Federativ Kürdüstan. Cənubi Kürdüstanın müstəqilliyini qazanmasına, bölgədə milli dövlətlərin sayısının çoxalması şəklində baxılmamalıdır. Bu baxış, səthi bir baxışdır. Kürdüstanın digər parçalarında kürdlər hələ heç bir siyasi statusa sahib deyildir ancaq bu parçalarda ciddi bir mübarizə vardır. Cənubi Kürdüstanın müstəqillik qazanması, bölgə dövlətlərini silkələnməyə məcbur edəcək, yeni axtarişlara yönəltəcəkdir. Bu axtarışlar, bölgədə geniş federativ sistemlərin, hətta küçük miqyaslı Avropa İttifaqına bənzər birliklərin yaradılması istiqamətində müzakirələrin başlamasına təkan verə bilər.

Şərq əbədiyyətə qədər istibdadın, zülmün pəncəsində qalmayacaq ki… Bu bölgənin xalqları ve insanları yadelli işğalçıların ayaqları altında əzilməməyə, öz “milli dikatorları” tərəfindən istismar edilməməyə, azad olmağa, hər cür xoşbəxtliyə ve insan kimi yaşamağa hər kəs qədər layiqdir.

Gülnara İnanc

Read 248 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR