Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə, 16 Fevral 2018 07:04

Rusiya səfirliyi araşdırmaçı Reyhan Mirzəzadəni mükafatlandırıldı

Written by 

Fevralın 15-də Rusiya Federasiyasının Bakıdakı səfirliyində Azərbaycan KİV nümayəndələrinin illik mükafatlandırılması mərasimi keçirilib.

 Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşyov mərasimdə çıxış edərək

Rusiya-Azərbaycan əlaqələrini yüksək səviyyədə işıqlandırdıqlarına görə media nümayəndələrinə təşəkkür edib. O, Rusiya diplomatiyasının açıq olduğunu və milli maraqlarına əsaslanaraq siyasət yürütdüyünü bildirib, bu məsələdə oxuculara etibarlı məlumatlar çatdırmaq baxımından mətbuatın mühüm rol oynadığını vurğulayıb.

Sonra tədbirdə müvəqqəti işlər vəkili Azərbaycanın bir sıra KİV-lərinin nümayəndələrinə, o cümlədən tanınmış publisist-politoloq Reyhan Mirzəzadəyə Rusiya-Azərbaycan münasibətlərinə dair maraqlı yazılarına görə diplom təqdim edib.

Qeyd: Reyhan Mirzəzadə Strategiya.az saytında Rusiya-Azərbaycan mədəni əlaqələrinə dair silsilə məqalələrlə cıxış edir. Strategiya.az saytının kollektivi tanınmış publisist-politoloq, saytın yazarı Reyhan xanımı təbrik edir, ona yeni müvəffəqiyyətlər arzulayır.

http://az.strategiya.az/index.php?do=xeber&id=113189

Read 157 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR