Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə axşamı, 16 Yanvar 2018 07:11

Nakam-İsmayıl bəy Hacı Məhəmməd bəy oğlu

Written by 

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

"Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri

 Nakam-İsmayıl bəy Hacı Məhəmməd bəy oğlu

 və yaxud

 Səid Ünsizadənin milli mətbuat uğrundakı mübarizəsində inahdığı və güvəndiyi əqidə dostları

 Nakam  - "ZİYA" qəzetinin (1879,yanvar-1884,iyun)  ŞƏKİ müxbirlərindən biridir.    Onun qəzetin naşiri  və imtiyaz sahibi Səid Əfəndi Ünsizadə (1825,Şamaxı-1905,İstanbul ) ilə qohum olması güman edilir.

"Ziya" qəzetinin coğrafiyası, əhatə etdiyi yerlər çox genişdir.

"Ziya" -oxucularının çoxunu şair eləmişdi.Şairlərin də çoxu "Ziya"nı oxuyub, sevgi-məhəbbər mövzusundan bir az uşaqlaşaraq, dövrün əsas məsələsindən - elmdən,təhsildən,təlim-tərbiyədən yazırdılar. "Ziya"nın səhifəlrində çoxlarının  tanımadığı molla İsmi Sərəddinbəyov da çıxış edirdi. Yaxşı yazı üslubu,zəmanənin tələb etdiy mövzuları işıqlandırma olan İsmi Sədrəddinbəyova  sovet dövründə  ouculara  molla  molla kimi tanıtmaq kimlərəsə  xoş gəlirdi.

Əslində İsmi Sərəddinbəyov NAKAM təxəllüsü ilə şeirlər yazan şair kimi daha məşhurdur.
NAKAM - İsmayıl bəy Haçı Məhəmməd bəy oğlu Sədrəndinbəyovdur.

İsmayıl bəy Sədrəddinbəyov (Nakam) 1841-ci ildə Şəkidə anadan olmuşdur. Bəzi tədqiqatçılar onun 1839-cu ildə anadan olduğunu yazırlar.

F.Köcərli Nakamın tərcümeyi-halından danışarkən ,onun təvəllüd və ölüm tarixin tarixi-hicriyyə ilə göstərir-1257-1324.Bu da ki, miladi tarixin 1841-1906-cı illərinə uyğun gəlir.

 İsmayıl bəy Şəki və Şirvan xalqı arasında məşhur olan Hacı Sədrəddinbəyov nəslindəndir. Atası Hacı Məhəmmədbəydir.Babası Hacı Sədrəddinbəyov Şirvan və Xaldan mahallarında çoxlu torpaq sahələrinə malik bir mülkədar olmuşdur. Nakam bu torpaqlardan hasil olan gəlir sayəsində də  40 yaşınadək firavan həyat sürmüş, bir sıra Şərq ölkələrini gəzib,dolaşmışdır.Uşaqlıq dövründə ərəb, fars dillərində mükəmməl təhsil almış, sonra  bir vaxtlar oxuduğu məktəbdə rus dilini öyrənmişdir.

Şərq dillərini mükəmməl bilməsi sayəsində Nizami, Sədi və Hafizin əsərlərini şəxsi mütaliə vasitəsilə öyrənib onlardan təsirlənmişdir.M.Füzuliyə pərəstiş etmiş, S.Ə.Şirvaniyə xüsusi rəğbət bəsləmiş və onunla dostluq münasibəti yaratmışdır. Tədqiqatçılar istinad mənbəyini göstərmədən, S.Ə.Şirvaninin  Nakam tərəfindən  Şəkiyə qonaq dəvət etməsini göstərirlər.Gələcək tədqiqatlarda bu fikir öz təsdiqini taparsa,bir çox məqamlara aydınlıq gətirilə bilər.

Nakam mütərəqqi türk şairlərinin əsərlərini mütaliə etmiş,  öz yardıcılığında türk şairi İ.Həqqinin şeirlərindən bəhrələnmişdir. Onun bədii yaradıcılığının məhsulu olan çoxlu qəzəlləri, "Leyli və Məcnun", "Fərhad və Şirin" poemaları, məktəbə dəvət və gənclərin tərbiyəsinə, yalançı ruhanilərin tənqid və ifşasına həsr olunmuş əsərləri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları İnstitutunun xüsusi fondunda mühafizə olunub saxlanılır.

1928-ci ildə Əliabbas Müznib Nakamın seçilmiş əsərlərini tərtib edərək"Nakam"adlı bir kitab nəşr etdirmiş və kitaba yazdığı qısa müqəddimədə Nakamın həyatı və əsərləri haqqında məlumat vermişdir.

  1875-1877-ci illərdə  Bakıda  Azərbaycan diində nəşr olunan ilk milli qəzetimizdə- "Əkinçi"də Nakamın aşıq imza ilə yazılmış heç bir yazısına təsadüf olunmur.

Onun "Ziya"dakı müxbirlik fəaliyyəti   isə geniş  və hərtərəflidir.Təəssüf ki,Nakamın müxbirlik fəaliyyəti  hələkifayət qədər tədqiq olunmayıb.

Nakam  "Ziya"da həm publisistik,həm də ədəbi əsərlərlə çıxış etmişdir.Publisistik əsərlərini İsmi Sədrəddinbəyov imzası ilə çap etdirmişdir.Hakamım  "Ziya"da çap olunan ilk bədii əsəri qəzəl janrındadır.Əslində bu, Ezop maneralı əsərdir.  "Ziya" qəzetinin      bir çox  yazılarında özünü göstərən sətiraltı məna burada da diqqətli oxucununun  nəzərindən yayına   bilmir.

"Ziya" qəzetinin davamı olan "Ziyayi -Qafqasiyyə" qəzetinin  5 may 1882-ci il tarixli  15-ci nömrəsində Osmanlı şairlərindən  Münif paşanın  "Ey bülbül"  rədifli qəzəli çap edilir.

Yeri gəlmişkən qeyd edək ki,Münif paşa  müxtəlif vaxtlarda üç dəfə Türkiyənin maarif naziri olub.Onun bir sıra Azərbaycan ziyalıları ilə dostluq və əməkdaşlıq əlaqələri diqqəti cəlb edir

Münif paşa türk dünyasının  yaxşı tanıdığı elm və elmi düşüncə  adamlarına  həmişə öz  qayğıkeşliyini və himayədarlığını göstərən  şəxslərdəndir. O vaxtkı dövlət qurumlarınıda çalışan  bəzi  əcnəbi məmurların və onların himayəsinə sığınan yerli bədxahların əlindən 1890-cı ildə Bakıdan Türkiyətə köçmək məcbyriyyətində qalan  Səid Ünsizadəyə hərtərəfli  qayğı göstərən məhz Münif paşa olmuşdur.

Bu kiçik tanıtmadan sonra yenidən 1882-ci ilin  ədəbi və publisistik mühitinə qayıdırıq. "Əkinçı" ənənələri ilə milli mətbuatımızın formalaşmasında uğurlu işlər görən  Ünsizadə qardaşları abunə çətinlikləri ilə qarşılaşmışdılar. Qəzetin abunəçiləri 300-400 civarında idi.

Sonralar  "Ziyayi-Qafqasiyyə" qəzetinin 26 iyun 1884-cü il tarixli 11-ci nömrəsində rus dilində yazılmış  məqalənin tərcüməsində açıq şəkildə deyildiyi kimi,

"Səid Ünsizadənin məqsədi  mətbuat vasitəsilə rus müsəmanlarını yuxudan oyatmaq idi".

Maraqlıdır ki,  "Ziyayi-Qafqasiyyə"  qəzeti məhz bu yazıdan sonra  bir daha işıq üzü görmədi.

"Ziyayi-Qafqasiyyə"də dərc olunan  "Ey bülbül" qəzəli "Ziyayi-Qafqsiyyə"ni yaşatmaq üçün atılan addımlardan biri  idi. Bu ,Münif paşa ilə Səid Ünsizadənın birgə layihəsi idi. Münif paşadan sonra Şamaxıdan S.Ə.Şirvani, Nuxadan Nakam və  Mustafa ağa Şuxi də bu   " qəzəl müsabiqəsində "  həvəslə iştirak etmişlər.Dörd qəzəlin dördünün  də  bülbül və gül obrazları  metaforik obrazlardır."Bülbül "-mətbuatda cəh-cəh vuran Səid Ünsizadə,"Gül "isə    onun "Ziya"sıdır-"Ziya"qəzetidir." Qəzetin   dörd  nömrəsinin  dördündə də zəngin poetik düşüncə atributları vardır.Fikrimizin izahı və təsdiqi üçün  S.Ə.Şirvaninin   "Ziyayi -Qafqasiyyə" qəzetində dərc olunmuş

 13 beytlik »Ey bülbül" qəzəlindən  bir neçə beyti nümunə göstəririk:

Açıbdı çöhrə güli-gülüstanın,ey bülbül!

Nə vəchdən tutulur bəs lisanın,ey bülbül!

Gəhi dilin tutulur,gəh fəğan edirsən sən,

Nədir,bəyan eylə dərdi-nihanın,ey bülbül!

Xəzan qəmilə məgər xatirin pərişandır,

Bahari  fəsldə artar fəğanın, ey bülbül!

...Sənin zəbanələrin yandırır zəmanələri

Əcəb ki,ol oda yanmaz zəbanın, ey bülbül!

...Sənin təranələrin şeirinin nəzirəsidir,

Münifü xoşsüxənü nüktədanın, ey büllbül !

Kitabi-güldən oxursan Rəsul mədhini sən,

Rəvadı Seyyid ola mədhxanın,ey bülbül!

 Onu da bildiririk ki, S.Ə.Şirvaninin "Ziyayi-Qafqasiyyə" qəzetindəki bu nümunə  şairin çap olunmuş bütün kitablarına   bir sıra arzuolunmaz səhvlərlə yol açmışdır. Gələcək nəşrlərdə bu səhvlər mütləq aradan qaldırılmalıdır.

  Nakamın, eləcə də Mustafa ağa Şuxinin  (?, Şəki-1895, Şəki )"Ziya" qəzetindəki   əsərləri  ədəbiyyatşüaslığımızda   hələ ciddi tədqiq olunmamışdır.

"Ziya" qəzetinin  qaranlıqda qalan  bütün yazılarını, o cümlədən bədii yazılarını   qaranlıqdan işığa çıxarmaq lazımdır. Bu  tədqiqatlar ictimai fikir tariximizin, klassik ədəbi irsimizin  öyrənilməsində   əhəmiyyətli rol oynaya bilər.

Axırda bir maraqlı məlumatı da ilk dəfə elmi ictimaiyyətimizin diqqətinə çatdırmaq istəyirəm.

Əslən   Şamaxılı olan   Nakamın  ata-babaları   Nuxaya (indiki Şəkiyə) Şamaxıdan köçüb gələnlərdir.Onların dədə-baba ocağını  tərk etmələrinin səbəbi hələ təfərrüatı ilə, dəqiq bilinmir.Bilinən budur ki, Sədrəddinbəyovlar Şəkidə  özlərinə  çoxlu dost tapmış,yaxşı binə, ev-eşik qura bilmişlər. 

Şəkidə mərkəzi küçələrdən biri şair İsmayıl bəy Nakamın adını daşıyır.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

13.01.2018.

Ədəbiyyat siyahısı

1."Ziyayi-Qafqasiyyə" qəzeti.  

  

N 15,      5 may       1882

2. 18,     28 may        1882;

3. 19,     15 iyun       1882;

4.   23,17 avqust       1882;

 5."Ziyayi-Qafqasiyyə" N 22,23.05.1883

6. F.Köçərli .Azərbaycan ədəbiyyatı. II cild, Bakı ,2005. səh. 299-309  

7.Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Muzeyin Əsərləri,III cild,səh .45-72.

 

http://az.strategiya.az/index.php?do=xeber&id=109680

Read 103 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR