Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə axşamı, 04 Yanvar 2018 07:22

İran İslam hakimiyyəti kartları açdı

Written by 

Vidadi Mustafayev


İrada Cənubi Azərbaycan məsələsinin köhnə həlli üsuluna qayıdılır.Farslar XX əsrin 20-ci illərinin ortalaradan İranda öz hakimiyyıtlərini bərpa etməyə başladığı zaman ölkənin siyasi, iqtisad,i mədəni cəhətdən əsas güclü və qabaqcıl xalqı olan Azərbaycan\türk xalqının müqavimətini aradan qaldırmaq üçün azərbaycanlıların türkləşmiş farslar olduğu ideyasını ortaya atıb milli siyasəti "əslinə qaytarma" prinsipi əsasında qurmağa başladılar.

Həmin vaxtdan azərbaycanlılara qarşı zorakı və hərtərəfli assimilyasiya siyasəti yeridildi.1941-1946- ci illərdə həmin siyasətin tamamilə uğursuz olduğu nümayiş etdirildi.Ondan sonra zorakı assimilyasiya siyasəti daha geniş ölçüdə davam etdirildi.İslam inqilabı ümmət ideyası ilə azərbaycanlıları milli məsələnin ədalətli həllinə ümidləndirdi..Lakin vahid ümmət ifadəsinin əvvəlki vahid İran\fars\milləti ideyasının dini adı olduğu tezliklə aşkar oldu.İslam hakimiyyəti islam qardaşlığı deyə-deyə assimilyasiya siyasətini davam etdirdi.İslam hakimiyyətinin bəzi strukturları hakim farsların istəyindən asılı olmayaraq milli kimlik, milli mədəniyyət, milli hüquqlar məsələsini qaldırmağa imkan verir.

Farslar bunu müsəlman "azəri" qardaşlarından gözləmədiklərindən onları sakitləşdirmək üçün milli məsələnin həlli ilə bağlı müxtəlif vədlər verir, hətta müvafiq qurumlar yaradırlar.Amma məqsəd əvvəlki kimi öz aktuallığını saxlayır;assimilyasiyanı davam etdirmək, sürətləndirmək və dərinləşdirmək.Farslar azərbaycanlılarla pişim-pişim oyunu oynamaqdan bezərək, şiyələrin əsas prinsiplərindən olan niyyətini gizlətmək prinsipindən geri çəkilərək, özlərini hakim hiss etdiklərindən nəhayət məqsədlərini açıq deməyi qərara almışlar.Hökumətin mətbu orqanı olan bədnam "İran" qəzeti bütün kartları açmağı qərara alaraq 5 dey 1396\26 dekabr 2017- ci il tarixində "Azərbaycan,kiçik İran.Azərbaycanın etnik coğrafiyasına bir baxış" adlı məqalə dərc etdirmişdir.Məqalə müəllifi bir qədər əllaməlik edərək yeni köhnə siyasətin hansı prinsiplərə əsaslandığını var gücü ilə bəyan edir.İran hökuməti məqalə müəllifinin dili ilə deyir ki, Azərbayca məsələsi adlı məsələ yoxdur və assimilyasiya siyasəti əvvəlki qaydada davam edəcək.Çünki məqalədə elan edilir ki, Cənubi Azərbaycanda ayrıca bir xalq yaşamır, ona görə də Cənubi Azərbaycanın hansısa xalqa, etnosa aid olduğunu demək olmaz.Əgər Azərbaycan əhalisi ayrıca bir xalq \etnos deyilsə, onda hansı Azərbaycan məsələsindən danışmaq olar.

Qəzetdə Azərbaycanın bir xalqın\etnosun, yəni azərbaycalı\türkün coğrafi ərazisi olmaması kimi sərsəm ideya ilə Azərbaycan məsələsinin mövcud olmaması əsaslandırılır.Bununla da İranda azərbaycalı\türk məsələsinin olmadığı və həmin məsələnin Azərbaycanla bağlanmasının əsasız olduğu vurğulanır.Sözün qısasıİran hökuməti belə hesab edir ki, Cənubi Azərbaycanda azərbaycanlı\türk adlı xalq yoxdur, Azərbaycan türk\azərbaycan xalqının ərazisi deyil. Ona görə azərbaycan xalqının milli hüquqlarından danışmaq və onu Azərbaycanla əlaqəlndirmək əsassızdır.İranın molla hakimiyyəti uzun illər mus-mus deməkdən bezib Mustafa deməyi qərara aldı.İranda və Cənubi Azərbaycanda milli ruhlu insanlar bunu ilk günlərdən bilirdilər.Lakin onların yuxarı məqamlarda əyləşən mollaları, ruhaniləri, iş adamları, siyasətçiləri öz etnomilli maraqlarını fani şəxsi maraqlarına qurban verməkdə davam etmişlər.

Nəticədə həmin vəzifəyə, sərvətə, kürsüyə satılmış qrupun ölkə miqyasında ümumi mövqeyi daim zəifləmiş və bundan həm özləri, həm də Azərbaycan milləti ziyan çəkməkdədir.Məhz həmin qruplara daxil olan adamların simasızılığı və mövqeyinin zəifləməsi İran hakimiyyətinə kartlarını açmağa imkan verir.Hələki qədim və şanlı tarixə malik oan bir xalqın varlığını həyasızcasına inkar edən hakimiyyətə cavab verən bir vəzifəli ruhanidən, sərvətli biznesmendən, ikinci dərəcəli vəzifələrə layiq görülən siyasilərdən bir reaksiya yoxdur.

Read 130 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR