Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 01 Yanvar 2018 00:00

İctimai yerlərdə mobil telefon siqnallarını qadağan etmək lazımdırmı?

Written by 

Almaz Mahmud

Məqalə xüsusi olaraq GİPA təlimləri çərçivəsində yazılıb.

Həkim müayinəsini və ürək əməliyyatını rədd edən 57 yaşlı İlqar Mürsəlov ictimai bir yerdə telefon zənginin çalmasının onun sağlamlığında problem yaratdığını iddia edib. O rəsmi bir iddia etməyib, amma ürək infaktının əsas səbəbinin ani telefon zəngi olduğunu təkid edir.

Ekspertlərə görə, qəflətən hərəkətlər və ya səslər bir şəxsin nəyəsə fokuslandığı anda ürək çatışmazlığını artıra bilər, ancaq bu əsas səbəb deyil. İlqar Mürsəlov 1960-cı ildə, fevralın 20-də Tərtər rayonunda anadan olub. İndi Bakıda yaşayır və "Milla" adlanan, Azərbaycan Qida və Qablaşdırma şirkətində qida assistenti kimi işləyir. Bir dəfə o, Bakıda QHT-lərdən birinin tədbrində ani telefon zəngindən qorxdu və özünü pis hiss etdi. O, Neftçilər xəstəxanasına aparıldı. Onun həkimi Seymur Musayev dedi ki, ürək infarktı səbəbindən təcili əməliyyat olunmalıdır. O, bunun uzunmüddətli proses olduğunu deyir: "Amma cərrahiyyə səbəbi qəfil telefon çağırışının deyil, bəlkə də çağırış həyəcana səbəb oldu. Amma düşünmürük ki, bunu bir səbəb kimi götürək ".

lqar Mürsəlov da ürək probleminin uzun müddətli bir proses olduğunu qəbul edir. Amma düşünür ki, qəfil telefon zəngi bu prosesi sürətləndirdi."Belə bir hadisəyə qədər ürək problemilə bağlı heç bir şikayətim yox idi. Doğrudur, bəzən mən döş nahiyəmdə bir az ağrı hiss edirəm "- İlqar deyir. O, deyir ki, o anda əməliyyat üçün pul olmadı və qohumundan pul almağa məcbur oldu. Təəssüf ki, Azərbaycanda heç bir sığorta sistemi yoxdur. Yeri gəlmişkən, Mürsəlovun maaşı 500 manatdır (250 ABŞ dolları). Sonra əməliyyata görə həyat yoldaşı bankdan kredit alıb ödəmişdi. İlqarın həyat yoldaşı xəstəxanaya 5 min manat (təxminən 4,5 min dollar) xərclədi. "Xoşbəxtlikdən, o zaman Azərbaycanda devalvasiya baş vermədi" – İlqar deyir ki, əslində ürək əməliyyatının xərcləri Azərbaycan vətəndaşları üçün bahalıdır. Onlar həmişə bundan şikayət edirlər. Azərbaycanda fəaliyyət göstərən yalnız beynəlxalq təşkilatlar öz işçilərini, Azərbaycan vətəndaşları da daxil olmaqla sığortalayır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə müxtəlif xəstəliklərdən 55 648 nəfər ölüb. Bunlardan 33453 nəfər ürək infarktı səbəbi ilə həyatını itirib. Həkimlərin müşahidələrinə görə, indi bu xəstəlik artır. Əsas səbəblər stress, pis vərdişlər və qeyri-sağlam qidalardır. İlqarın fikirləri dəyişmir və ictimai binalarda səs-küylü telefon zənglərinin qadağan olunmasını düşünür. O, həmçinin siqnal səsinin nəzakətsiz bir örnək olduğunu düşünür.

Psixoloq Gülnarə İnanc deyir ki, qəflətən hərəkətlər və ya səslər bir şeyə fokuslanan zaman ürək döyüntülərini artıra bilər: "Birdən-birə oyananda belə, ürək döyüntülərinin  artdığını görə bilərsiniz. Hətta gözlənilməz xoş xəbər belə ürək döyüntüsünü artırır. Müasir elmə görə, şiddətli qəhqəhə və sevinc ölümlə nəticələnə bilər. Xəstə insan xarici təsirlərə qarşı psixoloji cəhətdən müdafiəsiz və həssasdır. Ancaq bu ani telefon zənginin, ürək əməliyyatının dərhal baş verməsinə səbəb ola biləcəyini ifadə etmir. Ilk baxışdan bu, ümumi psixoloji səbəb kimi görünür. O, öz həyatında bədbəxt hadisələrə hazır deyil, qəflətən nəsə baş verdikdə o, dinamik qəraralar verə bilmir, yeni həyat tərzinə keçid edə bilmir, hər şeyə mənfi tərəfdən baxır, dəyişikliklərdən qorxur.”

Avropa İttifaqı səs-küyü tənzimləyən sistemə sahibdir. Bu tənzimləmələrə ətraf mühitin çirklənməsi yol, dəmir yolu və aeroport nəqliyyatı, sənaye, tikinti, həmçinin bir sıra digər açıq tədbirlər nəticəsində yaranan səs-küylər aiddir. Amma onlar bu siyahıya telefon zənglərini qeyd etməyiblər. Bu qaydalara əsasən insanın uzun müddət səs-küyə məruz qalması, onun endokrin sistemi və beyni ilə əlaqədar olaraq, yuxu narahatlığına, ürək-damar xəstəliklərinə, qıcıqlıq hissinə (ümumi sağlamlığa təsir edən narahatlıq hissi), idrak zədələnməsinə və psixi zədələnmə kimi problemlərə səbəb ola bilər. Bu həmçinin qulaq cingildəməsi probleminə səbəb ola bilər.

“Səs-küyə məruz qalmanın təsirləri Avropa birliyinin iqtisadiyyatına təsir göstərir. Bu təlimatlarda qeyd edilib ki, sağlamlığıa və rifahın səs-küyə məruz qalması, işçilərin məhsuldarlığının itməsinə gətirib çıxarır, sağlamlıq sisteminə maneçilik yaradır və daşınmaz əmlakın dəyərinin düşməsini əmələ gətirir.” Ümumiyyətlə, elmi araşdırmalar göstərir ki, səs-küy yuxu ilə əlaqədar sağlamlıq problemləri yaradır. Azərbaycan Parlamentin qoyduğu tənzimləmə və qanunlar var. Azərbaycan parlamentində yeni qanun müzakirəsi aparılır. Parlamentin deputatı Aydın Mirzəzadə parlamentarilərdən heç birinin təklifinin olmadığını deyir. Onun dediyinə əsasən parlamentdə uzun müddət ərzində müzakirə olmayacaq: "Amma düşünürəm ki, ictimai yerlərdə insanların bir-birinə hörməti olmalıdır. Telefonu özləri ilə açıq səslərlə aparmaq lazım deyil. Mobil telefonun siqnallarını azaltmaq və diqqətlə izləmək lazımdır ".Nəhayət, ictimai binalarda mobil telefon siqnallarını əngəlləmək lazımdırmı lazım deyilmi? Bu insanların şəxsi davranışlarından asılıdır.

Read 184 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR