Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 18 Dekabr 2017 05:44

TÜRKİYƏ GETDİ!

Written by 

Vidadi Mustafayev

 

TÜRKİYƏ GETDİ! Türkiyə İSLAM mədəniyyətini yenidən canlandırmaq siyasəti seçmişdir.Bu gün prezidentin şərəfləndirdiyi mərasimdə NƏCİB Fazil mükafatı dördüncü dəfə sahiblərinə təqdim olundu.Mükafat alanların çoxu dəqiq elmlər sahəsində ali təhsili alanlardır.Bu yolla türklər İslam dünyasına rəhbərlik etmək fikrindədirlər.Artıq iddiaçıların sayı 3-ə çatdı-Səudiyyə Ərəbistanı, İran, Türkiyə.

Nəcib Fazil Islam dini görüşlərini təbliğ edən şair və Doğuya doğru hərəkatın öncüllərindən olmuşdur.Ondan sonra Nəcməddin Ərbakan həmin ideyanı Milli görüş adı altında nəzəri səviyyəyə qaldırmışdır.Afərin İrana aparır arxasınca türkləri.Şərqdə belə şeylər çox olmuşdur.Yəni gələcəyə yol geriyə qayıtmaqdan başlanır.İslam dünyası bütün sahələrdə xüsusən elm sahəsində çiçəklənmə dövründən sonra yenidən kütlə üçün İslama qayıtdı.Dövrünün ən məşhur şəxsiyyəti olan Qəzali həmin qayıdışı nəzəri cəhətdən əsaslandırdı.İndi müsəlman Şərqinin nisbətən inkişaf etmiş bir sıra ölkəəri keçmişə qayıtmaq yoluna qədəm qoymuşdur.Prezident də çıxış edərək dedi. Ustadla 18 yaşında ikən tanış olub.

O zaman laiklərə\kamalistlərə qarşı qələmi ilə dimdik duran tək insan bizim ustad idi.Prezident daha sonra dedi ki biz yalnız allaha qulaq asırıq.Hələ son sözümüzü deməmişik.Biz inqilaba hazırlaşırıq.Bu inqilaba Suriyadan başladıq, Qüds məsələsində davam etdirdik.Qüds gedərsə Mədinəni, Məkkəni qoruya bilmərik Məkkə gedərsə, allahın evi əldən gedər.Qüds İstanbul, İslamabad, Bağdad və s deməkdir.Ustaddan gətirdiyi sitatda, beytdə deyilir ki, doğuldu günəş.Prezident də vurğuladı ki GÜNƏŞİN doğulmasına az qalıb.Gərək deyərdi ki, GÜNƏŞ ARTIQ DOĞULUB..Mahmud Əhmədinejadın komandası da onun prezidentliyinin sonuna yaxın Mehdinin tezliklə zühur edəcəyinə hazırlaşırdı.

Hətta deyəsən, bir sənədli film də hazırlamışdır.Deyəsən "ZÜHUR yaxındır" adlanırdı.

Read 390 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR