Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 11 Dekabr 2017 06:02

"Basqal" tarixi-etnoqrafik tədqiqatının təqdimatı keçirilib

Written by 
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin  İnkişafı Fondunun qrant layihəsi çərçivəsində Tofiq Babayev və Tahir Şahbazovun həmmüəllifliyi ilə nəşr olunmuş "Basqal" tarixi-etnoqrafik tədqiqatının təqdimatı keçirilib. 
 
Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İsmayıllı rayon Mədəniyyət Evində baş tutan təqdimat mərasimində çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, 1989-cu ildə  Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Dövlət Tarix və Mədəniyyət Qoruğu elan edilmiş Basqal özünün plan-məkan quruluşu, memarlıq xüsusiyyətləri, tarixi abidələri, sənətkarlıq ənənələri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini günümüzə qədər çatdıran unikal yaşayış məskənlərimizdən biridir. Basqal tarixən ipək məmulatı istehsalı, xüsusilə də kəlağayıçılıq sənəti ilə daha çox şöhrət tapıb. Basqallı ustaların nəfis şəkildə hazırladıqları kəlağayılara hələ uzaq keçmişdə Şərq və Avropa ölkələrində böyük maraq olub və bu nadir sənət inciləri Azərbaycanın iqtisadi və ticarət əlaqələrində mühüm rol oynayıb. Onlar zaman-zaman müxtəlif beynəlxalq sərgilərin mükafatçısı olmuş və bu günə qədər ən dünyanın ən məşhur muzeylərinin dəyərli eksponatları kimi çıxış etməkdədir. Təsadüfi deyil ki, Basqal kəlağayısının simasında Azərbaycan kəlağayısı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. 
 
 
344 səhifədən ibarət olan tədqiqat müasir İsmayıllı rayonunun inzibati-ərazi vahidliyinə daxil olan, Böyük Qafqaz sıra dağlarının cənub yamacında – Niyaldağ silsiləsinin ətəklərində yerləşən Basqal qəsəbəsinin tarixi-arxeoloji və etnoqrafik tədqiqinə həsr olunub. Nəşrin elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Qafar Cəbiyev, rəyçiləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Maya Quliyeva və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əsəd Əliyevdir. Tədqiqat əsəri 2014-cü il martın 13-də Elmin İnkişafı Fondu tərəfindən Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 7982 nömrəli Şəhadətnamə verilib. 
 
Təqdimat mərasimində İsmayıllı rayon icra başçısı Mirdaməd Sadıqov, akademiklər Teymur Bünyadov, Nailə Vəlixanlı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, kitabın həmmüəlliflərindən Tofiq Babayev, tarix üzrə elmlər doktoru Qafar Cəbiyev çıxış ediblər. 
 
Mənbə, ədəbiyyat və informatorların məlumatları əsasında yazılmış “Basqal (tarixi-etnoqrafik tədqiqat)” əsəri elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Yurdumuzun bu dilbər guşəsini daha yaxından tanımaq istəyən hər kəs bu kitabdan faydalana bilər.
 
Read 53 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR