Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə axşamı, 30 Noyabr 2017 05:50

İranda dini müəssisə Nardaran hadisələri ilə bağlı Güney Azərbaycan şəhərlərində anım mərasimi keçirib

Written by 

Ötən günlərdə yeni təsis edilmiş “Təşəyyünün (şiəlik) Beşiyi Müəssisəsi” iki il öncə Azərbaycanın Nardaran qəsəbəsində polis əməliyyatı zamanı öldürülən islamçı ekstremistlərin ildönümü münasibəti ilə Təbriz, Ərdəbil və Qum şəhərlərində anım mərasimi keçirəcəyini elan etmişdir.

Son məlumata görə, noyabrın 26-da qeyd olunan şəhərlərdə mərasim keçirilərək dini ekstremistlərə dəstək nümayiş etdirilib, mərasimlərin sonunda “Azəri müsəlmanlar birliyi” adı ilə Azərbaycan Respublikasının əleyhinə bəyanat yayılıb.

Təbrizin İmam Sadiq məscidi və Ərdəbilin Seyid Sədrəddin imamzadasında keçirilən mərasimlərə qatılanlar arasında  Ettelaat (İran Kəşfiyyat Nazirliyi) İdarəsi və İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) əlaltıları çoxluq təşkil edib. Onlar həbsdəki ekstremistlərə azadlıq tələb edərək Azərbaycan Respublikasında müsəlmanlar və axundların hüquqlarının pozulduğunu iddia ediblər.

Aşağıdakı şəkillərdə göründüyü kimi, Təbrizdə keçirilən mərasimdə Əli Xameneinin Şərqi Azərbaycan nümayəndəsi Məhəmməd Əli Al-i Haşimlə yanaşı hökumətə bağlı olan “Səhər TV” telekanalının işçiləri mərasimin əsas aparıcı iştirakçıları kimi çıxış ediblər.

2015-ci il noyabrın 26-da Azərbaycanın hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirərkən, polis qüvvələri İran rejiminin təsiri altında olduqları deyilən islamçı ekstremistlərin atəşinə məruz qalmışdır. Bundan sonra polisə müqavimət göstərən dəstənin üzvlərindən 4-ü zərərsizləşdirilib, hökumət qüvvələrindən isə 2 polis, ekstremistlərin açdığı atəş nəticəsində şəhid olub. Hadisə ilə bağlı bir neçə nəfər həbs edilib.

Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra hər zaman dostluq və qonşuluq prinsiplərinə sadiq qalaraq İranla normal münasibətlərə üstünlük verib, lakin İran rejimi Azərbaycana qarşı düşmən mövqe sərgiləyib.  İranın Azərbaycanda dini ekstremist qruplar yetişdirmək, ölkəyə casuslar göndərmək, işğalçı Ermənistana yardım etmək, və s. kimi təxribatları Azərbaycanın müstəqilliyi və dövlətçiliyinə qarşı yönəldiyi kimsəyə gizli deyil.

 https://www.gunaz.tv/az/xeberler/guneyazerbaycan-1/iranda-dini-muessise-nardaran-hadiseleri-ile-bagli-guney-azerbaycan-seherlerinde-anim-merasimi-kecirib-goruntu-100992

Read 293 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR