Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə axşamı, 28 Noyabr 2017 00:00

Avropalıların əksəriyyəti Rusiya ilə münasibətlərin yaxşılaşmasını istəyir

Written by 

Almaniya (87%), Polşa (85%), Fransa (79%) və Böyük Britaniya (68%) əhalisinin əksəriyəti Rusiya ilə münasibətlərin yaxın zamanda yaxşılaşmasının tərəfdarıdır. Bu, "Ifop" şirkəti tərəfindən Sputnik.Rəy layihəsi çərçivəsində Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu üçün keçirilən sorğu nəticəsində aydınlaşıb.

Avropa İttifaqının Rusiya ilə münasibətlərinin yaxşılaşmasına qarşı cəmi 9% AFR, 11% Fransa, 14% Böyük Britaniya və 9% Polşa əhalisi çıxır. Eyni zamanda, sorğuda iştirak edən 4% almaniyalı, 6% polşalı, 10% fransalı və 18% britaniyalı sualları cavablandırmaqda çətinlik çəkib.

 

Qeyd etmək lazımdır ki, Almaniya, Fransa və Böyük Britaniyada kişi respondent və ali təhsilli sorğu iştirakçıları Rusiya ilə əməkdaşlığa tərəfdar olduqlarını qeyd ediblər. Dörd ölkənin hər birində münasibətlərin yaxşılaşmasına daha çox 65 yaşdan yuxarı şəxslər tərəfdar çıxıblar.

Sorğu "Ifop" şirkəti tərəfindən 20-27 sentyabr tarixlərində, 18 yaşdan yuxarı 3228 respondent arasında keçirilib.

Read more: https://sputnik.az/russia/20171123/412886921/avropadan-rusiya-secimi.html
Read 133 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR