Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə axşamı, 21 Noyabr 2017 06:08

Şagirdləri ilə dost olan gənc müəllim Araz Baloğlanov

Written by 
 
Want create site? Find Free WordPress Themes and plugins.

Ucqar kənd məktəbində dərs deyən, üstəlik bunu ürəklə həyata keçirən bu səfərki qəhrəmanımız Quba rayonu ucqar Zeyid kənd məktəbində coğrafiya müəllimi işləyən Araz Baloğlanovdur.

26 yaşı var. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsindəndir. Azərbaycan Müəllimlər İnstitutunun Tarix-Coğrafiya fakultəsini bitirib.

Deyir çətinliyi kəndə yeni gələndə hiss edib. Amma buna hazırlıqlı imiş.

“Çətinliklərin aradan qaldırılması təkcə mənə görə yox, kəndin ictimaiyyətlə əlaqəsinə güclü təkan olardı. Məsələn yol probleminin həll olunması, məktəblərdə istilik sistemi və s. Soyuq bir sinifdə papaqlı, gödəkçəli və ya paltoda dərs öyrənmək hara, isti yerdə, parta arxasında oturmaq hara?. Ucqar kənddə dərs demək çətindir. Yol problemi, oradakı yaşayış şərtləri, qaz olmaması və s. Amma şagirdlərin sevgisi, isti münasibət, oxumağa həvəsləri bunları gözəgörünməz edir mənim üçün…Şəhərdə təhsil alan şagird informasiya əldə etmək üçün internetdən istifadə edir. Lakin kənddə təhsil alan şagirdin belə imkanları yoxdur. İnteqrasiya imkanları məhduddur. Bu. müəllim üçün də çətinlik yaradır”.

Gənc müəllim qısa bir zamanda şagirdləri ilə dostluq münasibəti qurub. Deyir müəllim təkcə dərs deməklə işini bitmiş hesab etməməlidir.

“Qısa bir müddətdə şagirdlərimdə özünəinam hissi yarada bildiyimi zənn edirəm. Şagirdlərim hətta onlar məktəbi bitirənəcən burda qalmamı istəyirlər. Onların sevgisini qazandığımı hiss edirəm. Müəllim həm də şagirdinə düzgün yol göstərməlidir. Onlarla dost olmalıdır. Bütün bunlarla bərabər, onlar arasında nüfuzunu da qoruyub saxlamalıdır ki, şagirddə arxayınlıq yaranmasın”.

Araz Baloğlanovun gələcəyi dair planları da var. Gələcəkdə təhsil standartlarına uyğun olaraq dərsi əyani sübut olacaq bir mühitdə keçmək istəyir.

“Gənc müəllimlərə tövsiyyəm budur ki, ucqar kəndlərdə dərs keçməkdən çəkinməsinlər. Problemlər danılmazdır. Lakin öhdəsindən gəlmək də mümkündür. Təkcə maddi tərəfini yox, şagirdləri də düşünün”.

Əksər müəllimlər təyinat üçün göndərdiyi yerdə ailə quraraq daimi yaşamağa başlayırlar. Siz necə belə bir şey düşünürsünüzmü?

“Təyinat aldığın yerdə ailə qurub, yaşamaq qismətdir. Amma orda ailə qurub daimi yaşamağı düşünmürəm”.

Nərmin Kərim

http://a24.az/bakidan-ucqar-kend-mektebine-geden-genc-muellim-sagirdlerim-deyir-biz-boyuyenecen-hec-yere-getmeyin/

Read 41 times


XƏBƏR LENT