Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə, 10 Noyabr 2017 00:00

Bakı-Tbilisi-Qars: Dəmir İpək Yolu

Written by 
Bakı-Tbilisi-Qars: Dəmir İpək Yolu  © Sputnik / Elnur Salayev

30 oktyabr 2017-ci ildə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi oldu.

Bakı-Tbilisi-Qars dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərini Gürcüstanın Tbilisi şəhərindən keçməklə Türkiyənin Qars şəhəri ilə birləşdirəcək. 2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib.

BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək.

Sputnik Azərbaycan-ın infoqrafikasında bu layihənin detalları ilə ətraflı tanış ola bilərsiniz.

Read more: https://sputnik.az/infographics/20171030/412537920/baki-tbilisi-qars-demiryolu-xetti.html
Read 252 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR