Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə axşamı, 25 İyul 2017 08:54

Uşaqlara sevinc bəxş edən müəllim

Written by 

Onunla müsahibə etmək qərarına sosial şəbəkələrdə izlənmə rekordları qıran videolarına baxdıqdan sonra gəldim. Daha doğrusu gördüyü işi çox bəyənmişdim.

Həbib Əlizadə 1991–ci ildə Astara rayonunun Şüvi kəndində anadan olub. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2015–ci ildən Lənkəranın Gəgiran kəndində təyinat üzrə tarix fənnindən dərs deyir. Əslində bugünkü söhbətimizin mövzusu bu deyil. Ucqar kənd müəllimin başqa bir fəaliyyətindən danışacağıq. Həbib müəllim dərs müddəti bitməsinə baxmayaraq, məktəblilərin yay tətilini maraqlı dəyərləndirmələri üçün onlara öz yaş dövrlərini əhatə edən müxtəlif növ kitablar, test bankı nümunələri, bədii əsərlərdən seçmə dərgilər paylayır. O, velosipedlə çıxdığı bu yolu ilk olaraq doğulduğu Astara rayonunun ucqar kəndlərindən salıb. Həbib Əlizadə hafta.az-a müsahibəsində başqalarına da örnək olan bu layihənin maraqlı yönlərindən həvəslə danışıb.

- Həbib, necə oldu belə bir layihəyə başladınız?

- Bilirsiniz on-off formatlı və repli video insanlar tərəfindən maraqla qarşılandı. Çox sağ olsunlar dəstək oldular. Sonra bir neçə nəfər uşaqlar üçün hədiyyə yolladı. Xüsusən Fəxri Ağayev və Kamran Ağayev xeyli test və bədii əsərlər göndərdi. Dərslər qurtardı və biz kitabları paylayıb bitirə bilmədik. Mən velosiped sürməyi çox xoşlayıram. Düşündüm ki, kitabları da götürüb gəzdiyim yerlərdə uşaqlara hədiyyə edim. Beləliklə işə başladım. Ümid edirəm yaxın həftələrdə xeyli kəndə gedəcəyəm.

- İndiyə qədər neçə kəndə kitab, dərgi paylamısınız?

- Bu ilk mənim işimdir. Hələ ki, 3 kəndə getmişəm. Kitabların bir hissəsini işlədiyim Lənkəranın ucqar kəndi Gəgiranda paylamışam. Velosipedlə hələ ki, Astarada kəndləri gəzirəm. Veloturla yolum 3 kənddən keçib. Harada məktəbli görmüşəmsə, velosipedimi saxlamışam. Çağırıb kitab hədiyyə etmişəm.  Yaxın günlərdə yenə davam edəcəyəm. Yay tətili boyunca bu işimə davam etmək fikrindəyəm.

Bəs resurs baxımından sizə dəstək olan kimlərdir?

- Hansı kəndə gedirəmsə, sosial şəbəkələrdə oradan qısa videolar çəkib paylaşıram. Maraq böyük olduğundan hər kəs dəstək olmağa çalışır. Kitablar göndərirlər. Payladığım dərgi, jurnal, test nümunələrini əsasən Bakıdan mənim fəaliyyətimi izləyib dəstək olan insanlar göndərir. Aralarında hətta tələbələr də var. Ən çox kitab hədiyyələri Fəxi Ağayev və Kamran Ağayev göndərib. Kitablar əsasən əlavə test vəsaitləri və bədii əsərlədir ki, bunlar da hamısı Təhsil Nazirliyi tərəfindən icazəlidir. Xüsusən test vəsaitlərinə üstünlük veririk ki, şagirdlər yayı daha yaxşı dəyərləndirsinlər. Təkrar etmiş olsunlar.

- Bəs sizin velosipedlə kənd-kənd gəzib kitab paylamağınız getdiyiniz kəndlərdə şagirdlər, valideynlər tərəfindən necə qarşılanır?

Yaxşı qarşılayanlar daha çoxdur. Xüsusilə uşaqlar sevinir təbii ki…  Bəziləri soruşur ki, niyə belə edirsiniz. İzah edirəm ki, uşaqlar üçün hədiyyə göndəriblər, mən də paylayıram. Ara-sıra insanları sosial şəbəkələrdə xeyriyyəçiliyə təşviq edirəm. Bəzən velosipedi saxlayıb yolun kənarında uşaqları çağırıram. İlk olaraq qəribə baxırlar ki, bu adam bizi niyə çağırır (gülür). İzah edirəm ki, sizə kitab test hədiyyəsi gətirmişəm. Təbii ki, sevinirlər və hədiyyələrini verirəm. Hətta bir dəfə iki uşaq arxadan məni səslədi. Qonşudakı uşaqlara kitab hədiyyə vermişdim. Onlar yox idi. Bir də gördüm məni arxadan səslədilər. Bizim də hədiyyə payımızı verin, dedilər.

- Bu aralar havalar çox istidir, kitab payladığınız kəndlərdə sizi çaya, çörəyə qəbul edirlərmi?

- Bəli edirlər. Bizim tərəflər qonaqpərvərdir. Səyahət müddəti qısa çəkdiyindən yeməyə bir o qədər də ehtiyac qalmır. Həm də lazımi şeyləri özümlə götürürəm.

- Bəs velotur zamanı hansı maraqlı hadisələrə rast gəlmisiniz?

- Bəzi hallarda evə qayıtmağım gecəyə düşür. Dünən yolda itlərdən biri üstümə hücüm etsə də, problem olmadı. Xətasız-bəlasız ötüşdük, nə yaxşı ki, it qayıtdı.

- Bu işi yəqin ki, tək görürsünüz...

Bəli, hələlik təkəm. İstərdim ki, gələcəkdə mənimlə birgə şagirdlərə kitab paylayanların sayı çox olsun. Sosial şəbəkələrdə də yazmışam, sizin sayt və qəzetiniz vaxitəsi ilə də insanlara səslənirəm. Kim veloturla məktəblilərə kitab paylamaq istəyirsə, gəlsin, birlikdə paylayaq. Elə sizə də təklif edirəm, gördüyünüz işdən zövq alacaqsınız.

http://hafta.az/index2.php?m=yazi&id=203131

Read 144 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR