Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə axşamı, 25 İyul 2017 07:01

AZƏRBAYCAN-YAPONİYA BEYNƏLXALQ ARXEOLOJİ EKSPEDİSİYASININ AVEY DAĞ ƏRAZİSİNDƏ APARDIĞI TƏDQİQATLAR...

Written by 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiyanın Tokio Universiteti Muzeyi və “Avey” Dövlət Tarix Mədəniyyət Qoruğu arasında bağlanmış üçtərəfli beş illik beynəlxalq memoranduma əsasən iyul ayının 18-dən Avey dağı ərazisində Azərbaycan-Yaponiya Beynəlxalq arxeoloji ekspedisiyası arxeoloji tədqiqatlara başlamışdır. Azərbaycan tərəfindən beynəlxalq ekspedisiyaya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov, aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurov, “Avey” Dövlət Tarix Mədəniyyət Qoruğunun müdiri Səadət Əliyeva, Yaponya tərəfindən Tokio Universiteti Muzeyinin rəhbəri, professor, doktor Yoşihiro Nişiaki (Yoshihiro Nishiaki) başçılıq edir. 
Hələ 2015-ci ildə Tokio Universitetində ingiliscə dərc edilən, Azərbaycan-Yaponiya arxeoloqlarının birgə apardıqları kəşfiyyat xarakterli tədqiqatların hesabatında göstərilmişdir ki, Cənubi Qafqazda ilk neolit (Yeni Daş dövrü, e.ə. 7-ci minillikdən e.ə. 6-cı minilliyədək) mədəniyyəti, əcnəbi mənşəli ərzaq istehsal edən iqtisadiyyata malik daha qədim yerli mezolit (Orta Daş dövrü, e.ə. 12 minillikdən e.ə. 8-ci minillik arası) icmaları tərəfindən yaradıldığı ehtimal vardır. Amma mezolit icmaların arxeoloji detalları və arxeoloji landşaftı hələki tam aydın deyil. Vaxtilə, azərbaycanlı tədqiqatçılar regionda Damcılı və Daş Salahlı kimi mezolit obyektlərini aşkar etmişdilər ki, bu da dünya arxeoloqları arasında ciddi maraq doğurmuşdur.
Qazıntıya müxtəlif elm sahələri üzrə geniş tədqiqatçı komandası cəlb edilib. Yaponiya tərəfindən arxeoloq, doktor Hiroto Nakato (Aoyama Qakuin Universiteti, Tokio), paleobioloq, paleobotanik doktor Çia Akaşi (Chie Akashi) (Tokio Universiteti), arxeoloq, doktor Seyci Kadovaki (Seiji Kadowaki) (Nagoya Universiteti), arxeoloq, doktor Kazuya Şimoqama (Kazuya Shimogama) (Nagoya Universiteti), arxeoloq, doktor Sayci Arai (Saiji Arai) (Hayama Perspektivli Tədqiqatlar Universiteti), paleoklimatoloq, okeanoqraf, paleontoloq doktor Hirose Masato (Tokio Universiteti), geomorfoloq, doktor Toru Tamura (Kyoto Universiteti), arxeoloq, doktor Humika İkeyama (Tokio University) və Azərbaycan tərəfindən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun neolit dövrü vulkanik mənşəli daş alətlər üzrə ixtisaslaşan əməkdaşı arxeoloq Şahin Səlimbəyov göstərilən ərazidə tədqiqatlar aparmaqdadırlar.
Beynəlxalq ekspedisiyanın arxeoloji araşdırmaları 30.07.2017-ci il tarixinə kimi davam edəcək. 
Fotolar: “Avey” Dövlət Tarix Mədəniyyət Qoruğu əməkdaşları və Ş.Səlimbəyov tərəfindən çəkilib. 

 
http://arxeologiya.az/news.php?go=xeber45
Read 317 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR