Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə, 29 Avqust 2018 05:54

"Vineyard Azərbaycan" kilsəsi 5 illik yubileyini qeyd etdi!

Written by 

Avqustun 25-də Vineyard Azərbaycan kilsəsi  yaranmasının 5 illik yubileyini qeyd etdi. Kirxada keçirilən bayram tədbirin kiçik rəqqasların rəqsi ilə başladı. Daha sonra icmanın rəhbəri Emil Pənəhov gələn qonaqları salamlayaraq, kiçik vəəz verdi.

  Daha sonra  tədbirdə iştirak edən  qonaqlar öz təbrik sözlərini bildirdilər. Qonaqlar arasında Azərbaycandakı müxtəlif icmaların üzvləri, “Etnoqlobus” beynəlxalq onlayn mərkəzinin direktoru Gülnara  İnanc,  Azərbaycan Bəhai icması, multikulturalizm üzrə mütəxəssislər, alimlər vardı.

Gülnara İnanc “Vineyard Azərbaycan” kilsəsini yubiley münasibətilə təbrik edərək , xüsusi olaraq yazılmış şerini oxudu.

Bəhai dini icması musiqili təbriklə şıxış etdi Azərbaycan Nehemiya kilsəsinin üzvü Kamran Ağayev  qonaqları  İncil ayələrilə təbrik etdi.

“Vineyard Azərbaycan” kilsəsinin üzvü Səbinə Pənahova və pastor Emil Pənahov birgə Rəbbi mədh edən ilahi oxuyublar.

Tədbir  icma üzvləri tərəfindən hazırlanmış xüsusi tamaşa və rəqslərlə  davam etdirildi. Bütün iştirakçıların diqqətini çəkən, icmanın 5 illik  həyatını əks etdirən “Şər qüvvənin, Rəbbin kilsəsinə qarşı vuruşması” səhnəsi olmuşdur.  Azərbaycan milli  rəqslərindən ibarət nömrələr , Azərbaycanın xalq artisti Cəmilə Bayramovanın rəqsi isə tədbirə xüsusi rövnəq verdi.

Pastor Emil Panahov Vineyard  yubiley ərəfəsində Azərbaycan kilsəsinin saytının http://vineyard.az/ fəaliyyətə başladığını bildirib.

   

Read 115 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR