Ethnoglobus » ПРАЗДНИКИ, ОБРЯДЫ » Xıdır İlyas-Hıdrellez

Xıdır İlyas-Hıdrellez

Xıdır İlyas-Hıdrellez
ПРАЗДНИКИ, ОБРЯДЫ
Ethnoglobus.Az
Фото: Ethnoglobus
12:40, 10 may 2023
1 371
0
Foto:esdfl.meb.k12.tr
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya
İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent
Bəhmən Fazil oğlu Əliyev


Bu günlərdə Anadoluda Xızır İlyas (Hıdırellez) günləri və ya bayramı qeyd olunur. Azərbaycan etnoqrafiyasında da Xıdır İlyasla bağlı bir sıra faktlar vardır. Lakin bir çox hallarda fevral ayının 6-10 tarixlərində qeyd olunan Xıdır Nəbi bayramı ilə Xıdır İlyas bayramı bir-birinə qarışdırılır. Qısa çəkildə deyim ki, bir çox etnoqrafik faktlar Xıdır Nəbi günlərinin məhz (6-10 fevral) qışın oğlan çağı ilə bağlılığını təsdiqləyir, çünki mərasimlərin əksəriyyəti qışla bağlıdır. Eyni zamanda etnoqrafik tədqiqatlar  Xıdır İlyas günlərinin (6-10 may) isə məhz yazla, yaşıllıqla bağlılığını göstərir. Yüzillər ərzində bu mərasimlərin qarışdırıldığı, müəyyən qədər yaddaşlarda təhrif olunduğu araşdırmalar nəticəsində ortaya çıxır. 
  Əfsanəyə görə, Xıdır (Xızır) Nəbi ilə Xıdır (Xızır) İlyas qardaşdırlar, peyğəmbərdirlər. Bəzən onların bir əfsanəvi, himayəçi şəxs olduğu bildirilir. Xızır İslamda peyğəmbər, Musa peyğəmbərin müəllimi kimi qeyd olunur. Onun adı Quranda keçməsə də onun "Qurani Kərim"in Əl-Kəhf surəsinin 60-82 ayələrində Musa peyğəmbərin adı qeyd olunmayan müəllimi olduğu iddia edilir. Bibliyada onun adı İlya peyğəmbər kimi əksini tapır. Bəzi fikirlərə görə, Xızır qədim xeyirxah-sehrli qüvvədir., sonralar islam dini əfsanəsinə qarışıb Xızır İlyas kimi məşhur olub. 
    Xıdır İlyas günləri adətən yaşıllıqların artması, axar suyun təmizlənməsi və s. proseslərlə müşayiət olunur. Xızır İlyas bolluğun-bərəkətin simvolu sayılır. Maraqlı epizod "Kitabi-Dədə Qorqud" dastanında əksini tapır.  "Dirsə xan oğlu Buğac xan boyu"nda Dirsə xan öz oğlu Buğacı yaralayıb Qazlıq dağında qoyub gedir: "Oğlan orada yıxılanda boz atlı Xızır oğlanın yanında hazır oldu. Üç dəfə yarasını əli ilə sığallayıb: "Oğlan, qorxma, sənə bu yaradan ölüm yoxdur. Dağ çiçəyi ilə ananın südü sənin yarana məlhəmdir"- deyib yox oldu". Burada söhbətin adı yaz fəsli, dağ çiçəkləri, yaşıllıqlarla birgə anılan Xızır İlyasdan söhbət getməsi aydın olur.  Xalq arasında inanıblar ki, boz atı ilə evlərə baş çəkən Xıdır İlyas süfrələrin açılmadığını, dedi-qodu olduğunu, ata-babaların ziyarət edilmədiyini görəndə küçüb gedər, həmin evlərdən bin-bərəkət çəkilər. Xıdır İlyas günlərində yeni binaların əsası qoyular, bulaqlar təmir edilər, arxlar təmizlənər, ümumiyyətlə, yeni işlərə başlanardı, dualar oxunar, xoş əhval-ruhiyyə arzulanardı.
   Azərbaycan, Anadolu, Orta Asiya, eləcə də qonşu ölkələrin, xalqların etnoqrafiyasının dərindən, müqayisəli şəkildə öyrənilməsi  unudulan, müəyyən qədər təhrif olunan məsələlərin dəqiqləşdirilməsinə, milli yaddaşımızın zənginləşməsinə kömək edir. 
...Etnoqrafiya-etnologiya elmi milli yaddaş, milli tarix elmidir. Bu elmin sıradan çıxarılmasına çalışanlar isə Azərbaycan milli tarixinə, milli yaddaşına düşmən kəsilən zülmkar, qəddar şəxslərdir. Elmə, elm adamına zülm eləmək, zorakılıq eləmək, hədələmək olmaz. Bu zülmü Allah götürməz! Allah səsini heç yerə çatdıra bilməyənlərə, dərdini dinlədə bilməyənlənləri kömək olsun!


and 33 others

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Bu gün Xıdır Nəbi bayramıdır
Bu gün Xıdır Nəbi bayramıdır
06.02.22, ПРАЗДНИКИ, ОБРЯДЫ / КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Novruz bayramının tarixi kökləri
Novruz bayramının tarixi kökləri
20.03.22, ПРАЗДНИКИ, ОБРЯДЫ / КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
Küftə haqqında dastan.
Küftə haqqında dastan.
01.06.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА