Ethnoglobus » ИСТОРИЯ И ОБЩЕСТВО » İRANIN SAXTA TARİXİ

İRANIN SAXTA TARİXİ

İRANIN  SAXTA TARİXİ
ИСТОРИЯ И ОБЩЕСТВО
Ethnoglobus.Az
Фото: Ethnoglobus
12:17, 23 fevral 2023
1 250
0

1828-ci il Türkmənçay müqaviləsindən sonra əzəli və tarixi torpaqlarımıza sahiblənən İran onun iki yerə bölunməsinin əsas baiskarına çevrildi. Hətta bununla kifayətlənməyərək zaman-zaman Azərbaycan tarixini saxtalaşdırmağa və qədim maddi irsimizi İran mədəniyyəti və incəsənəti adı altında təqdim etməyə cəhdlər etdi. Fars şovinizminin əsirinə çevrilən İran tarixşünaslığı və elminin İranşünaslıq adı altında dünyaya sırımaq istədikləri isə peşəkar elmdən uzaq, boş bir cəfəngiyyat olmuşdur. Artıq 100 ildən çoxdur ki, İran tarixşünaslığı və arxeologiyası əcnəbi tədqiqatçılardan asılı bir vəziyyətə düşmüş, özünün milli kadrlarını yetişdirməmiş və tarix məktəbi yarada bilməmişlər. Bu müddət ərzində onların İran arxeologiyası adı altında dünyaya təqdim etməyə çalışdıqları isə qədim Azərbaycan abidələri və xalqımızın min illərə söykənən zəngin maddi mədəni irsidir. Bu gün dünyanın ən məhşur muzeylərində Cənubi Azərbaycanın Həsənli, Ziviyə, Marlik, Kalaruz, Əmlaş, Qalaiçi (Bukan), Deyləman, Gilan, Təxti-Süleyman, Germi və s. yerlərdən aşkarlanan unikal arxeoloji nümunələr saxlanılmaqdadır. Bu abidələrin bir çoxunun İranla demək olar ki, heç bir mədəni bağlığı olmayıb Azərbaycan xalqının çoxəsrlik tarixi keçmişini özündə əks etdirir. Həmin abidələri əksər tədqiq edənlər içərisində iranlılar yox, daha çox fransız, alman, ingilis, belçikalı, amerikan, yapon və s. arxeoloqlar olmuşdur. Onların bəzilərini haqqında qısa məlumatı təqdim etməyi məqsədəuyğun hesab edirik. 

A.Qodard, E.Herzfeld, Y.V. Klays, R.Dayson, L.Vanden Berge, S.Fukayma, R.Qrişman, R.Şmit, R.Fray, M.Boys, R.Naumann R, D.Huff, R.Şnayder, C.Simson və s. arxeoloqlar bu qəbildən olmuş və bu siyahını kifayət qədər artırmaq olar. Təbii ki, bu abidələrdə xaricilər tərəfindən aparılan tədqiqatları da bir mənalı qəbul etmək olmaz. Həmin tədqiqatların da bir çox qüsurlu cəhətləri vardır. Deməli buradan belə nəticəyə gəlmək olur ki, İranda normal tarix elmi olmamış və onun əksər abidələrini xarici mütəxəssislər araşdırmışdır. 

İran adlanan cografi məkanda ilk dövlət qurumlarını yaradan Azərbaycan xalqının qədim əcdadları olmuş və onların Yaxın Şərqin qədim sivilizasiyaları ilə geniş siyasi, iqtisadi və mədəni əlaqələri olmuşdur. İranlılar bu ərazilərə cox sonralar miqrasiya etmişlər. Məhz bu ilkin dövlət qurumlarının mədəni nailiyyətlərinin bir çoxunu onlar əraziyə miqrasiya edəndən sonra mənimsəmişlər. Qədim Azərbaycan dövləti olan Mannanın İran mədəniyyətinə və incəsənətinə böyük təsir etməsi də göz qabağındadır. Böyük imperiyalar yaratmış xalqın ambisiyalarından çıxış edən İran tarixçilərinə də cavab olaraq onu da bildirik ki, onların acı sonluğu da bütün dünyaya məlumdur.

İran tarixşünaslığının növbəti saxtakarlığı həm də özündə Azərbaycan dövlətçiliyini ehtiva edən Atropatena dövləti ilə bağlıdır. Belə ki, Atropatenanın maddi mədəniyyətinə və onun arxeoloji abidələrinə böyük qısqanclıqla yanaşılmışdır. Atropatena abidələrini müxtəlif manipulyasiyalarla Parfiya abidələri kimi təqdim etmək də məhz bunun bariz nümunəsidir.

İslam həmrəyliyindən uzaq olan İranın  bu gün də apardığı iki başlı siyasət, din qardaşlığı və dinc qonşuluq münasibətlərindən tamam kənardır. Amma, Azərbaycan xalqı tarix boyu İranın ən çətin günlərində onun yanında olmuş və öz köməyini əsirgəməmişdir. Bir neçə tarixi hadisəni xatırlatmaq yerinə düşərdi. İranın ən çətin günlərindən biri olan e.ə. 331-ci il məhşur “Qavqamel döyüşü”ndə  Əhmənilərə Atropatın başçılığı ilə Azərbaycan tayfalarının kömək etməsi və onların döyüşkənliyi antik dövrün tarixçilərinin əsərlərindən kifayət qədər məlumdur. Sasanilər imperiyasının ən çətin günlərində də yenə də azərbaycanlılar onların köməyinə yetmişlər. 636-cı ildə “Kadisiyyə döyüşü”ndə Alban hökmdarının oğlu Cavanşirin qəhrəmanlığı Sasani hökmdarını heyrətləndirmiş və onu şəxsən mükafatlandırmışdır. Həm Atropat, həm də Cavanşir ağıllı, müdrik dövlət xadimi olmuş və onlar sonda İranın bu mənasız mübarizələrini başa düşmüşlər. Hər iki dövlət xadimi öz xalqlarının taleyini düşünərək düzgün mövqe seçmişlər.

Şübhəsiz ki, tarix heç vaxt unudulmur. Tarixi yaradan şəxsiyyətlər onu gələcək zamanın öhdəsinə buraxırlar. Bu gün Azərbaycan xalqı öz tarixi və əzəli torpaqları olan Cənubi Azərbaycanının mədəni varisləridir və heç şübhəsiz ki, xalq öz bütövlüyünə bu varislik prinsipləri əsasında qovuşacaqdır.     

                                                                                            Samir   Kərimov                                                        

tarix üzrə fəlsəfə doktoru

                                                                                        Anar Agalarzadə

tarix üzrə fəlsəfə doktoru

Mənbə: "Elm" qəzeti


 

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
13.05.24, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
22.12.24, КУЛЬТУРА