Ethnoglobus » ИСТОРИЯ И ОБЩЕСТВО » Şərqşünas-alim Əkrəm Rəhimlinin 90 illiyi qeyd edilib

Şərqşünas-alim Əkrəm Rəhimlinin 90 illiyi qeyd edilib

Şərqşünas-alim Əkrəm Rəhimlinin 90 illiyi qeyd edilib
ИСТОРИЯ И ОБЩЕСТВО
Ethnoglobus.Az
Фото: Ethnoglobus
23:11, 19 oktyabr 2022
1 393
0

Oktyabrın 19-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli alim, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlinin 90 illiyi qeyd edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə, həmçinin Əkrəm Rəhimlinin “Seyid Cəfər Pişəvəri və Cənubi Azərbaycan” kitabının əlavələrlə olan yeni nəşrinin təqdimatı olub. Kitabın elmi redaktoru Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri dosent Səməd Bayramzadə, elmi məsləhətçi AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva, “Ön söz”ün müəllifi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovdur.

Yubiley tədbirini akademik Gövhər Baxşəliyeva açaraq bu ilin aprelində dünyasını dəyişmiş alim, şərqşünaslıq elmimizdə mühüm yeri olan Əkrəm Rəhimlinin Türkiyə iqtisadiyyatı və Cənubi Azərbaycan tarixi üzrə dəyərli araşdırmaları ilə tanındığını deyib. Gövhər Baxşəliyeva yüksək intellekti, prinsipial mövqeyi, dərin məntiqi və özünəməxsus dəst-xətti ilə seçilmiş alimin ömür boyu xalqa sədaqətlə xidmət etmək, gənc nəslə elmin sirlərini öyrətmək, özündən sonra tarixin səhifəsinə çevriləcək qiymətli əsərlər yazmaq, mənəvi dəyərləri madiyyatdan üstün bilmək yolunu tutduğunu bildirib.

Gövhər Baxşəliyeva Əkrəm Rəhimlinin əsərləri barədə ətraflı danışaraq, “Seyid Cəfər Pişəvəri və Cənubi Azərbaycan” kitabının xüsusi əhəmiyyəti olduğunu qeyd edib, həmçinin alimin güneyşünas kadrların yetişdirilməsində də xüsusi xidmətləri olduğunu bildirib.

Akademik Rafael Hüseynov elmi fəaliyyətə Türkiyə iqtisadiyyatına aid tədqiqatlarla başlayan Əkrəm Rəhimlinin cənub sevgisinin, həsrətinin onun elmi araşdırmalarının səmtini dəyişdirdiyini, görkəmli alimin Cənubi Azərbaycanla bağlı bir-birindən qiymətli əsərlər yazdığını qeyd edib.

Rafael Hüseynov Əkrəm Rəhimli elminin zirvə nöqtələrindən birinin Seyid Cəfər Pişəvərinin həyat və yaradıcılığına həsr olunmuş kitabın olduğunu bildirib. O, Əkrəm Rəhimli kimi alimlərin tək elm tarixində deyil, insanların qəlbində də yaşadığını deyib.

AMEA-nın Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov Əkrəm Rəhimlinin həyat təcrübəsi, dünyagörüşü, elmi ilə Cənubi Azərbaycan tarixinin öyrənilməsində cığır açdığını deyib.

Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə Əkrəm Rəhimlinin həyatı və elmi fəaliyyətindən danışıb, alimin Qazaxdan başlayan, 40-cı illərdə İranın Mərənd şəhərində keçən, daha sonra yenidən Qazaxda və Bakıda davam edən keşməkeşli həyat yolundan, Şərqşünaslıq İnstitutundakı fəaliyyətindən, onun Türkiyə, İran, eləcə də Cənubi Azərbaycanın sosial-siyasi və iqtisadi-mədəni durumuna həsr olunmuş elmi yaradıcılığından bəhs edib.

Sonra Ə.Rəhimlinin vaxtilə telekanalların birinə verdiyi müsahibədən kadrlar nümayiş olunub.

Tədbirdə, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru tarix elmləri doktoru Eynulla Mədətli, Ədəbiyyat İnstitutun şöbə müdirləri filologiya elmləri doktorları İslam Qəribli və Rəhim Əliyev, “Muşovdağ” dərnəyinin sədri Aqşin Ağkəmərli, “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Firudin İbrahimi çıxış edərək, fədakar və zəhmətkeş alim olmuş Əkrəm Rəhimlinin elmi yaradıcılığını yüksək dəyərləndiriblər.

Sonda Əkrəm Rəhimlinin həyat yoldaşı Fatimə xanım çıxış edərək tədbirin keçirilməsində əməyi olanlara və iştirakçılara təşəkkürünü bildirib.

 

Şərqşünas-alim Əkrəm Rəhimlinin 90 illiyi qeyd edilib - AZƏRTAC (azertag.az)

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
FİRUDİN  İBRAHİMİ  MÜASİR TƏDQİQATLAR  KONTEKSTİNDƏ
FİRUDİN İBRAHİMİ MÜASİR TƏDQİQATLAR KONTEKSTİNDƏ
21.11.22, ЭТНОПОЛИТИКА
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
13.05.24, ЭТНОПОЛИТИКА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
Nizami Gəncəvi: Etnik müəyyənlik, etiqadi sərbəstlik
Nizami Gəncəvi: Etnik müəyyənlik, etiqadi sərbəstlik
05.04.22, ЭТНОПОЛИТИКА / КУЛЬТУРА
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
MİR CƏFƏR BAĞIROV  və azərbaycanlıların Milli Qırğını (II hissə)
MİR CƏFƏR BAĞIROV və azərbaycanlıların Milli Qırğını (II hissə)
31.03.22, ИСТОРИЯ И ОБЩЕСТВО
Firudin İbrahimi və azərbaycançılıq
Firudin İbrahimi və azərbaycançılıq
23.06.23, ЭТНОПОЛИТИКА
Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…
Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…
23.06.26, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASINDA CƏNUBİ AZƏRBAYCAN
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASINDA CƏNUBİ AZƏRBAYCAN
11.07.23, ЭТНОПОЛИТИКА
HEYDƏR   ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
10.05.25, ИСТОРИЯ И ОБЩЕСТВО