Ethnoglobus » ИСТОРИЯ И ОБЩЕСТВО » Plastik yeyən superqurdlar təkrar emalda dönüş yarada bilərmi?

Plastik yeyən superqurdlar təkrar emalda dönüş yarada bilərmi?

Plastik yeyən superqurdlar təkrar emalda dönüş yarada bilərmi?
ИСТОРИЯ И ОБЩЕСТВО
Ethnoglobus.Az
Фото: Ethnoglobus
18:04, 14 iyun 2022
886
0

Photo: UNIVERSITY OF QUEENSLAND

Tiffanie Turnbull

BBC News, Sidney

Tədqiqatçılara görə, plastiklə qidalanan həşərat sürfələrinin növü bu materialdan olan tullantıların təkrar emal sənayesinin inkişafını köklü sürətdə təkmilləşdirməyə kömək edə bilər.

Avstraliyalı alimlər plastik yeməyi sevən bir qurd növünün təkrar emal sənayesində inqilab edə biləcəyini söyləyirlər.

Daha çox superqurd kimi tanınan Zophobas morio-nun plastikin xammalı olan polistiroldan ibarət bir pəhrizdə yaşaya biləcəyi müəyyən edilib.

Alimlərin gəldiyi nəticəyə əsasən, bu qurd növü plastiki bağırsağındakı bir fermentin hesabına həzm edə bilir.

Araşdırmanı aparan tədqiqatçılardan biri Dr. Chris Rinke bu kəşfin  təkrar emal sahəsində inqilab yarada biləcəyini düşünür.

Rinke, "Superqurdlar kiçik təkrar emal fabiklərinə bənzəyir. Onlar polistirolu gəmirib üyütdükdən sonra onu bağırsaqlarındakı bakteriyalara yem kimi ötürür".

Bu araşdırmada Queensland Universitetinin tədqiqatçıları 3 həftə ərzində üç fərqli qurd növünü müxtəlif pəhriz əsasında yemləndiriblər. Nəticədə, polistirolla qidalanan qurd növlərinin kökəldiyi müşahidə edilib.

Tədqiqat qrupu superqurdun bağırsağındakı bir neçə fermentin polistirol və stirolu parçalayıb əridə  bildiyini aşkar edib.

Polistirol və stirola avtomobilin ehtiyat hissələri və izolyasiya materialları kimi məhsullarda tez-tez rast gəlinir.

Eyni zamanda tədqiqatçılar qeyd edirlər ki, araşdırmanın nəticələrindən irəli gələrək hazırkı mərhələdə təkrar emal məqsədləri üçün nəhəng superqurd tarlalarının yaradılması nəzərdə tutulmur.

Bunun əvəzinə qurdların bağırsağındakı fermentin aşkar edilərək təkrar emal üçün kütləvi şəkildə istehsal ediləcəyinə daha böyük ümidlər var.

Microbial Genomics jurnalında dərc edilən araşdırmaya görə, daha perspektivli üsul kimi plastik materialı əvvəlcə mexaniki yolla parçalamaq, sonra isə ferment hopduraraq emal edilməsi təklif olunur.

"Bu reaksiyanın məhsulları daha sonra bioplastik kimi qiymətli materialların istehsalı üçün digər mikroblar vasitəsilə emal oluna bilər", Dr Rinke deyib.

Keçmişdə aparılan bəzi digər araşdırmalar da müəyyən növ qurdların polistirolu həzm edə biləcəyini göstərib.

Lakin son araşdırma qalanlardan bir addım da irəli gedib, Avstraliya Milli Universitetinin araşdırmaçı professoru Colin Jackson qeyd edir.

"Bu tədqiqat bizə superqurdların bağırsaqlarında olan fermentin plastic materialları molekulyar səviyyədə necə həzm etdiyini anlamağa kömək edir", professor Jackson söyləyib.

Onun qənaətinə görə, eyni prinsip təkrar emal sənayesində də tətbiq oluna bilər.

Bakteriya və göbələklərin plastikləri parçalama qabiliyyəti bir sıra digər elmi tədqiqatlarda da araşdırılıb.

Bununla belə, bir çoxları bu cür texnologiyaların təkrar emal sənayesində rentabelli ola biləcəyinə şübhə ilə yanaşır.

"Bu kimi tədqiqatların nəticələrinin sənaye miqyasında praktik tətbiqi həmişə çətin olur", professor Jackson qeyd edib.

Читайте также:
Тирасполь заявил о "террористических атаках", Кишинев и Киев - о провокациях.
Тирасполь заявил о "террористических атаках", Кишинев и Киев - о провокациях.
28.04.22, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
У человечества было много «дедов Морозов»
У человечества было много «дедов Морозов»
29.12.21, ПРАЗДНИКИ, ОБРЯДЫ
AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ
AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ
03.09.25, ИСТОРИЯ И ОБЩЕСТВО
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
Империя Юань – Монгольская империя Внутренней Азии и Китая
Империя Юань – Монгольская империя Внутренней Азии и Китая
28.01.25, Тюркология
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Xanlar Həmidin yeni şerləri "Ethnoglobus.az"-ın təqdimatında
Xanlar Həmidin yeni şerləri "Ethnoglobus.az"-ın təqdimatında
01.12.23, КУЛЬТУРА