Ethnoglobus » РЕЛИГИЯ » OXU-DA KOMANDA-NƏZARƏT MƏNTƏQƏSININ VURULMASINA DAIR

OXU-DA KOMANDA-NƏZARƏT MƏNTƏQƏSININ VURULMASINA DAIR

OXU-DA KOMANDA-NƏZARƏT MƏNTƏQƏSININ VURULMASINA DAIR
РЕЛИГИЯ
Ethnoglobus.Az
Фото: Ethnoglobus
10:55, 13 iyun 2022
1 325
0
Nəriman Qasımoğlu
OXU ayələrinin başqa dillərə tərcümələrini problematik edən nəsnələrdən başlıcası tərcüməçilərin hədis qaynaqlarının təsirinə məruz qalmalarıdır. Ərəbcəni yaxşı bilənin cürəti çatmır ki, qarşılaşdığı sözün leksik mənasını, yaxud mənalarınından kontekstə daha uyğun bilinəni olduğu kimi çatdırsın. Ona bu iş riskli görünür. Nəticədə obyektiv vəhylərin subyektiv təfsirləri ortaya çıxır. Bu təfsirlər də OXU-nun öz mətni işığında yetərincə təhrifli nəzərə çarpır. Tarixən həmişə belə olub, indi də əksər hallarda belədir.
Bu barədə vaxtilə xeyli nümunlər əsasında az yazmamışam. Qismət olsa, ayrıca kitabda hamısını yerləşdirərəm. Yazmadığım bir təhrif də var, indi xatırladım. İmkanım olanda məqalə şəklinə salaram.
Hələlik burada qısaca qeydlərimi aparım.
OXU-nun 47-ci surəsinin 4-cü ayəsini dünyanın demək olar bütün dillərinə belə yanlışlıqda tərcümə edirlər ki, burada düşmənlərlə döyüş zamanı guya onların boyunlarının vurulması, onlar zəif salındıqdan sonra əlləri-ayaqlarının kəndirlənməsi, yaxud qandallaması, nəhayət, müharibə bitincə onların ya ödənişsiz-filansız bağışlanması, ya da ödəniş müqabilində əfv edilməsi vurğulanır.
“Boyunların vurulması”ndan başlayım. Bu mənada yanlış olaraq istinad edlən İfadə ərəbcədə فَضَرْبَ الرِّقَابِ /fədarbə-r-rıqabi/ - dir. Zavallı tərcüməçilərdən heç biri fərqinə varmaq istəməyib ki, OXU-nun orijinal mətnində “boyunların vurulması” mənasında işlənən ifadə bu cümlədə belə keçir - فَاضْرِبُوا فَوْقَ الْأَعْنَاقِ /fədrıbu: fauqa-l-ə’na:qı/, hərfən “boyunlar üzərinə zərbə endirin, vurun” (8:12). Bu sonuncuda işlənən “boyunlar” ərəbcədə təki “’unq”, cəmi ”ə’na:q” olan sözdür. Ərəbcədə məhz bu daha çox işləkdir, Quran-da da “boyunların vurulması” ifadəsində məhz bu söz işlənir.
Kontekstə görə İkinci yanlış saydığım فَشُدُّوا الْوَثَاقَ /fəşudu-l-vasa:qa/ ifadəsinin “kəndirləri, ipləri çəkin, yaxud möhkəm bağlayın, qandalları vurun” kimi tərcümə edilməsidir. Yenə də hədislərdən gələn bir təfsirin ortaya çıxdığının şahidiyik. Hərçənd digər ayələrdə “kəndir-ip” mənasında təki “habl”, cəmi “əhbə:l” olan söz işlənir (3:112, 20:66 və s.).
Digər məqamlara toxunmadan 47-ci surənin 4-cü ayəsinin doğru saydığım tərcüməsini təqdim edirəm:
“Dananlarla üzləşəndə nəzarət vurulmalı ta onları gücdən salasız. Və möhkəm anlaşma bağlayın. Sonrası bir bağışlama, ya da bir əvəzin ödənilməsi ki, qoysun yerə savaş öz yüklərini. Tanrı diləsəydi əgər, onlardan Öz haqqını tam alardı. Fəqət O sınağa çəkmək istəmiş sizi bir-birinizlə. Tanrı yolunda öldürülən kimsələrə gəlincə, işlərini Tanrı azdırmaz əsla”.
Tərcümədə “nəzarət” kimi verdiyim sözün ərəbcəsi “rıqa:b”dır. Ərəbcədə daha çox bu mənada işləkdir. Sözün “boyun” mənasını dilə əsasən hədislər qazandırıb. Nəzarətdə olan qulların, yaxud ram edilən heyvanın boynuna keçirilən boyunduruq – “ruqbə” də bu kökdəndir. “Boynu bizim əlimizdədir” – “o, bizim nəzarətimizdədir” ifadələrində məna eyniliyi o məsələyə işıq tutur ki, “rıqa:b” – “boyunlar” mənasını tədricən necə qazanıb.
Təqdim etdiyim tərcümə belə bir mənanı ifadə edir ki, düşmənlə üzləşəndə ilk növbədə onun nəzarət-komanda heyəti sıradan çıxarılmalıdır. Zatən müasir savaşlarda buna da çalışırlar. “Ta düşməni gücdən salasınız”a məhz bu yolla nail olmaq mümkündür. Düşməni az insan itkisi ilə mümkün qədər tez məğlub etməyin yolu bundan keçir.
Sonrakı cümlələr savaşın nə ilə bitməli olduğunu nişan verir. Düşmənə təslim aktını bağlatmalısan. Bu, bir sənədlə möhkəmlənməlidir. İşlənən söz “vasa:q”dır. Sözün bir mənası da var: “anlaşma, müqavilə”. Bu həm də “sənəd” mənasında işlənən “vasi:qa” sözünün cəm şəkillərindən biridir. “Kəndir” yerinə, məhz bu işlənməlidir ki, məzmun yerinə otursun.
Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
SUSQUNLUQ ORUCU VƏ TANRICIL YARADICILIQ PROSESİ
SUSQUNLUQ ORUCU VƏ TANRICIL YARADICILIQ PROSESİ
04.04.22, РЕЛИГИЯ / ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ
Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)
Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)
05.11.25, НАРОДЫ
VƏHY  TƏHKİYƏÇİSİNİN  MÜƏLLİF  “BİZ”İ
VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ
26.05.25, ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
22.12.24, КУЛЬТУРА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
Küftə haqqında dastan.
Küftə haqqında dastan.
01.06.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА