"Novruz" sözünə görə 1960-cı illərin əvvəllərində Qasım Qasımzadənin aldığı partiya töhməti...
ПРАЗДНИКИ, ОБРЯДЫ
Sovet dövründə Azərbaycanın rəhbərlərindən olmuş işıqlı simalardan biri də Vəli Axundov idi. Azərbaycan KP MK-nın 1-ci katibi olanda Qasım Qasımzadə “Ədəbiyyat” qəzetinin baş redaktoru işləyirdi.
Ötən əsrin 60-cı ilində bir dəfə Q.Qasımzadə qəzetdə “Novruz” başlıqlı məqalə verdirir. Buna görə onu danlamaq üçün MK-ya çağırırlar və ideoloji şöbənin müdiri nəzərinə çatdırır ki, həmin yazının qəzetdə dərci ona partiya töhməti ilə başa gələcək. Q.Qasımzadə səbəbini soruşur, müdir bayramın məzmununda dini məqamların olduğunu qeyd edir və sovet hökumətinin mövhumata, dinə qarşı olduğunu bildirir. Qasım müəllim etiraz edir ki, Novruz dini bayram deyil, milli bayramdır. Onu dostcasına danlayan məmuru da ərklə suala tutur “bəs sən yeni ili keçirəndə evində yolka bəzəmirsən, bəs bunun xristian dini ilə heç bir əlaqəsi yoxdur?”. Deyir, “özün bil, partbiletinlə cavab verərsən”. Q.Qasımzadəyə partiya töhmətini verirlər. Bir müddətdən sonra da vəzifəsindən gedir.
Yeri gəlmişkən, Qasım müəllimdən həmin məmurun kimliyini soruşmuşdum. Demə, o, “Novruz”a görə sonradan xalqımızın yaddaşına qəhrəman kimi yazılmış şəxs imiş, 50-ci illərin sonunda millətçiliklə damğalanıbmış, yəni başı belə məsələlərdə çox çəkibmiş. Ruhu şad olsun, xatirəsi əzizdir.
…Həmin hadisədən bir müddət ötür. Qasım müəllim Vəli Axundovun qəbuluna gedir ki, işlərində maneçilik törədən həmin o töhməti sildirsin. Ölkə rəhbəri onu hörmətlə qəbul edir. Respublikanın işlərindən söhbət salır, xeyli danışırlar. Və söhbətin şirin yerində V.Axundov birdən qayıdır “xahiş edirəm, düzünü deyin, yazıçı dostlarınız mənim çıxışlarım barədə nə fikirdədirlər”. Qasım müəllim deyir “çıxışlarınızda rus xalqına minnətdarlıq dolu ifadələri həddindən artıq işlədirsiniz, yeganə xoşa gəlməyən budur, qalan məsələlər problem deyil”. V.Axundov “sizdən təvəqqem budur ki, dostlarınıza çatdırasınız, bunu deməsəm, yaxud az desəm, Moskva ilə problemlərimiz yaranar, büdcəmizi azaldarlar, çox mətləbləri yoluna qoymaqda çətinliklərimiz olar” deyir. Qasım müəllim ölkə başçısının bu sözlərini anlaşıqla qarşılayır... V.Axundov handan-hana soruşur “bəs nə məsələdən ötrü gəlmişdiniz”. Qasım müəllim aldığı töhmətin hələ də üstündə qaldığını bildirir. V.Axundov “boş şeydir, silərik gedər, əsas məsələ sənin vicdanla xalqına xidmət etməyindir” deyir. Mehribancasına ayrılırlar...
Nəriman Qasımoğlu
Ссылки по теме:
Fələstin Dövlətinin Səfirliyi Cəbəl Əl-Mükəbər Klubunun Gənclər Nümayəndə Heyətini Bakıda qarşılayıb
TSİKAN – LƏZGİ EVİNİN DADI
Sardiniyada İranla bağlı gizli danışıqlar
От нубохунде до национальной школы: история образования горских евреев (II часть)
От нубохунде до национальной школы: история образования горских евреев (I часть)
İRAN REJİMİNİN ÖZ PREZİDENTİNƏ İKİNCİ ZƏRBƏSİ.
HAMI İRAN \FARS DÖVLƏTİ YARADIRDI, BİRCƏ FARSLARDAN SAVAYI
ABŞ ilə İran müharibəsində İngiltərənin rolu
Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Qasım Qasımzadənin ədəbi-elmi portreti
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
Novruz Sovet Azərbaycanında
Novruz bayramının tarixi kökləri
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
İRANIN AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN MƏRHƏLƏLƏRİ
