Ethnoglobus » АНАЛИТИКА » Pezeşkiyanın hicab problemləri

Pezeşkiyanın hicab problemləri

Pezeşkiyanın hicab problemləri
АНАЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
10:40, 22 noyabr 2024
2 444
0

Foto: topwar.ru

Vidadi Mustafayev

IRANDA VƏFAQ(KONSENSUS), YOXSA NİFAQ

İran İslam Respublikasında,hələlik Tehranda  neçə vaxtdır “Hicabsızlara  qarşı(Hicabsızlığı tərk etmə ) klinikası” fəaliiyyətə başlayıb.Hicabsız qadınlar küçədə-bazarda saxlanaraq “müalicə” olunmaq üçün klinikaya göndərilir.

Klinikanın təşkil edilməsi xəbəri  yayılandan və işə başlamasından sonra cəmiyyətdə müzakirə olunan bir nömrəli məsələyə çevrilib. İslahatçılar, təbii ki,  əleyhinə, mühafizəkarların bir qismi əleyhinə,radikal qismi lehinə təbliğat aparırlar.İslahatçıları məyus edən isə hökümətin həmin məsələyə passiv münasibət göstərməsidir.

Məsələnin ən maraqlı cəhəti hicabsız qadınlara qarşı mübarizənin yeni formasının məhz bu günlərdə, M.Pezeşkiyanın prezidentliyə başlamasından sonra  reallaşdırılmasıdır.Həmin mübarizə üsulu haqqında qərar  İ.Rəisinin prezidentliyi dövründə, 2022-ci ildə qəbul edilsə də,onun müəmmalı helikopter qəzası səbəbidən  yarımçıq qalmış  fəaliyyətinin sonuna kimi icra olunmamışdır.

Yalnız indi,M.Pezeşkiyanın prezidentliyi dövründə qərarın icrasına başlanması  bir çox suallar doğurur.Əslində isə qeyd edilən köhnə yenilik hakimiyyət qollarından birinin prezident hakimiyyətinə qarşı açıq mübarizəyə  başlamasının əyani  göstəricisidir. Məlum olduğu kimi, M.Pezeşkiyan seçki kampaniyası zamanı   hicabın dini-mədəni bir hadisə olduğunu vurğulayaraq icbari hicaba qarşı olduğunu, hicabın  yalnız mədəni vasitələrlə, inandırma  yolu ilə    yayılmasına nail olmağın tərəfdarı olduğunu bəyan edirdi. M.Pezeşkiyan prezidentlik səlahiyyətinə başlayandan sonra ictimai yerlərdə hicabın vəziyyətinə nəzarət edən, hicabsızları saxlayaraq polisə təhvil verən və bu zaman qadınlara qarşı   bəzən zorakılıq göstərən İrşad və ya əxlaq patrulunun artıq şəhərdə az-az göründüyü qeyd edilirdi.

Məsələnin mühüm bir cəhıəti də prezident səlahiyyətlərini icra etməyə başlayandan sonra Qanunların və qərarların İslam dini normaları və Əsas qanuna zidd olmamasına nəzarət edən Nəzarət Şurası Hicab qanununu təsdiq edərək Parlamentə və parlament də icra  edilməyə başlanması  üçün prezidintə göndərmişdir.Qanun  prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minmiş olur.Lakin prezident həmin qanunun onun vədlərinə uyğun olmadığını nəzərə alaraq hələlik onu imzalamaqdan imtina edir.Prezidentlərin belə davranış ehtimalı  qabacadan nəzərdə tutulduğundan qanunun icrası üçün ikinci variant-parlamentin spikerinin qanunu rəsmi qəzetdə dərc etdirməsi yolu müəyyən edilmişdir.Lakin  hələlik spiker də həmin qanunla nəzərdə tutulan addımı atmaqdan boyun qaçırır.Qanunun qüvvəyə minməsi və icrasının gecikməsi cəmiyyətdə hicabsızlıq vəziyyətini daha da  “pisləşdirmişdir”. Paytaxtın  parklarında vəziyyətin   ürək açan olmadığı qeyd edilir.Hətta guya  şikayət edirlər ki,  bir çox özəl şirkətlərdə qadınların iş vaxtı hicablı olması qadağan edilir.Bütün bunlar cəmiyyətin “abır-həyasının” keşiyində duran qüvvələrin fəaliyyətə keçməsini şərtləndirmişdir. Onlar dini normalara riayət edilməsinə nəzarət etmək funksiyasına malik olan “Xeyir işlərə təşviq və şər işlərdən çəkindirmə qərargahı”nın  adından   Məhkəmə hakimiyyətinə müraciət edərək bir neçə il bundan əvvəl qəbul edilmiş qərarın icrasına icazə verməyi xahiş etmişlər və nəinki icazə almış, həmçinin onun fəliyyəti üçün büdcə ayrılmasına da nail olmuşlar.Beləcə, hökumətin xəbəri olmadan “Hicabsızlığı tərk etmə klinikası” fəaliyyətə başlamışdır. Bu qərarı və praktiki addımı “Hicab və iffət qanunu”nun icra olunmadığı və belə bir vəziyyətdə hicabsızlığın baş alıb getməsi ilə əsaslandırmaq istəyirlər.


Amma bu qərar və onun icrası Məhkəmə hakimiyyəti ilə icra hakimiyyəti arasında  Hicab məsələsində dərin ixtilafın olduğunu, eyni zamanda İranda  müxtəlif qərarqəbul etmə və icra mərkəzlərinin mövcud olduğunu əyani şəkildə göstərir.

Başqa sözlə, Məhkəmə hakimiyyəti açıq şəkildə prezidentin öz seçkiqabağı vədlərini  icra eütməsinə qarşı çıxmış olur.

Belə bir vəziyyət fitir məsəlsində də hakimdir.Filtir məsələsi ayrıca bir yazının mövzusudur.\21 noyabr 2024




Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Hicabsız İran
Hicabsız İran
15.12.24, ЭТНОПОЛИТИКА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Böhranlı İran: HİCABDAN AZAD OLMAQ ASANDIRMI?
Böhranlı İran: HİCABDAN AZAD OLMAQ ASANDIRMI?
08.10.22, АНАЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
İRANIN  AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN  MƏRHƏLƏLƏRİ
İRANIN AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN MƏRHƏLƏLƏRİ
23.04.23, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?
PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?
28.02.25, ЭТНОПОЛИТИКА
PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR
PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR
02.12.24, АНАЛИТИКА
Maşallah Rəzmi: Urmiya gölü İslam Respublikası hökuməti tərəfindən canlandırılmayacaq
Maşallah Rəzmi: Urmiya gölü İslam Respublikası hökuməti tərəfindən canlandırılmayacaq
01.08.23, ЭТНОПОЛИТИКА