Ethnoglobus » АНАЛИТИКА » İRANDA FUNDAMENTALİSTLƏR GÜCLƏRİNİ GÖSTƏRİRLƏR

İRANDA FUNDAMENTALİSTLƏR GÜCLƏRİNİ GÖSTƏRİRLƏR

İRANDA FUNDAMENTALİSTLƏR GÜCLƏRİNİ GÖSTƏRİRLƏR
АНАЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
10:03, 17 noyabr 2024
2 455
0

Foto: www.bbc.com

Vidadi Mustafayev

M.Pezeşkiyan  prezident seçiləndən sonra seçki kampaniyası zamanı verdiyi vədləri yerinə yetirmək üçün ciddi səy göstərir, lakin mühafizəkar dairələr mühafizəkar hakimyyət siteminə(Rəhbərlik,Məhkəmə hakimyyəti,İslam normaları  və Əsas qanuna riayət edilməsinə nəzarət edən Nəzarət Şurası,  qeyri-qanunu olaraq qanunvericilik səlahiyyətlərini icra edən Ali Mədəni İnqilab Şurası və həmin sistemi  və ona rəhbərlik edənləri qoruyan silahlı,hər növ qoşun hissələrindən ibarət, Sepah-İslam İnqilabı Keşikçiləri Korpusu və s.) müəyyən təhlükə təşkil edən  həmin vədlərin yerinə yetirilməsinə qarşı müqavimət göstərir və onu daim genişləndirirlər.

Son günlərdə M.Pezeşkiyan hökuməti ilə mühafizəkarlar arasında əsas mübarizə obyekti internetdə filtr tətbiq edilməsi məsələsidir.Prezidentin tərəfdarları onun  filtrin aradan qaldırılması ilə bağlı verdiyi vədi yerinə yetirmədiyndən şikayət etdikləri halda, onun əleyhdarları məsələnin tezliklə həll oluna biləcəyindən ehtiyat edərək ona qarşı çıxışların miqyasını və şiddətini artırırlar. Filtrin saxlanması uğrunda bir sıra ayətullahlar(ali dərəcəli ruhanilər), keçmiş və indiki deputatlardan bir qrup, “Keyhan” qəzetinin baş redaktoru,Ali Virtual Məkan Şurasının bəzi üzvləri, digər mühafizəkar təşkilatlar və qrupları təmsil edənlər çıxış edirlər.Müxalifətin gücləndiyini nəzərə alan prezident həmin məsələ ilə bağlı izahatla çıxış etməyə məcbur olub, internetin tamamilə nəzarətdən çıxarmaqdan söhbət getmədiyini vurğulayıb.Güman edilir ki, prezident həmin vədi tam həcmdə yerinə yetirə bilməyəcək.

Mühafizəkarlar eyni zamanda prezidentin hicabla bağlı vədinə və həmin məsələdə hələlik tutduğu möqeyə  qarşı  çıxmağı da unutmurlar. Beləki “Hicab və iffət haqqında” qanunlayihəsi Parlament və Nəzarət Şurası arasında çoxsaylı gediş-gəlişdən(Şura iradları bildirir,Məclis islah edir) sonra  nəhayət Şura tərəfindən təsdiq olunub və Məclisin spikeri  qaydaya görə onu icra olunmaq üçün prezidentə göndərib ki,imzalayaraq icrasına başlansın.Lakin xeyli vaxtdır prezident onu imzalamaqdan imtina edir.Qanuna görə bu halda  Parlamentin spikeri onu 5 gündən sonra rəsmi qəzetdə dərc etdirməlidir.Bu, Qanunun qüvvəyə minməsi və icra olunmağa başlaması deməkdir.Lakin neçə belə 5 günlər keçməsinə baxmayaraq, Spiker də qanunla nəzərdə tutulan prosedura əməl etməyib.Bu vəziyyət bir tərəfdən  parlamentin hökumətlə əməkdaşlıq  etmək meyli kimi, digər tərəfdən Hicab məsələsinin son dərəcə həssas  bir məsələ olması və cəmiyyətin əksəriyyəti tərəfindən icbari qaydada  icrasının qəbul edilməməsi ilə əlaqələndirilir.Bunu nəzərə alan mühafizəkarlar hələlik əsas diqqəti filtr məsəlsinə yönəltmişlər. Həmin məsələ də hicab kimi   mühüm gəlir mənbəyidir.Hesablamalara görə fitr əleyhdarlarının ( filtr  qurğuları və filtrsındıran vasitələrindən əldə etdikləri gəlirlərin)   illik maliyyə


dövriyyəsi 20 himmət( hezar milyard tümən=1 trilyon tümən= aşağı yuxarı 400 mln. dol) təşkil edir. Yəni mühafizəkar dairələr internetin  İslam və əxlaqi dəyərlərə hücumunun qarşısını almaq adı ilə mühüm gəlir mənbəyini itirməmək uğrunda mübarizə aparırlar. Onların öz mövqelərini bu və ya digər şəkildə qəbul etdirmək imkanı nisbətən yüksək qiymətləndirilir.İranın tanınmış  xanım professorlarından biri iddia edir ki, M.Pezeşkiyanın  seçkiqabağı şüarları cəmiyyətdə köklü dəyişikliklərə yol açmaq üçün yetərli deyil,  çünki onları yerinə yetirmək ,demək olar ki,mümkün görünmür. Onun fikrincə, artıq prezident hökumətində mühafizəkarlar  öz mövqelərini kifayət qədər möhkəmləndiriblər və hər şeyin köhnə qaydalar əsasında cərəyan etməsi prosesi bərpa edilmişdir.

Bütövlükdə cəmiyyətdə prezidentə inam getdikcə azalır, çünki islahatçılar onu qətiyyət göstərməmək və  axıracan islahatçı olmamaqda, mühafizəkarlar isə əksinə radikal islahatçı olmaqda günahlandırılar.\16 noyabr 2024




Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
Тирасполь заявил о "террористических атаках", Кишинев и Киев - о провокациях.
Тирасполь заявил о "террористических атаках", Кишинев и Киев - о провокациях.
28.04.22, ЭТНОПОЛИТИКА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
Hicabsız İran
Hicabsız İran
15.12.24, ЭТНОПОЛИТИКА
Plastik yeyən superqurdlar təkrar emalda dönüş yarada bilərmi?
Plastik yeyən superqurdlar təkrar emalda dönüş yarada bilərmi?
14.06.22, ИСТОРИЯ И ОБЩЕСТВО
PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR
PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR
02.12.24, АНАЛИТИКА
Böhranlı İran: HİCABDAN AZAD OLMAQ ASANDIRMI?
Böhranlı İran: HİCABDAN AZAD OLMAQ ASANDIRMI?
08.10.22, АНАЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
İnqilabçılar diyarı İran
İnqilabçılar diyarı İran
29.11.23, АНАЛИТИКА
İRANIN SEÇİMSİZ SEÇKİLƏRİ
İRANIN SEÇİMSİZ SEÇKİLƏRİ
28.02.24, АНАЛИТИКА
İRANIN  AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN  MƏRHƏLƏLƏRİ
İRANIN AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN MƏRHƏLƏLƏRİ
23.04.23, ЭТНОПОЛИТИКА