Ethnoglobus » ЭТНОПОЛИТИКА » İRAN PREZİDENTİNİN İLK GERİ ADDIMI

İRAN PREZİDENTİNİN İLK GERİ ADDIMI

İRAN PREZİDENTİNİN İLK GERİ ADDIMI
ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
11:51, 12 noyabr 2024
2 511
0

Foto: Reuters


Vidadi Mustafayev

Görüşlərində verdiyi sözə əməl edəcəyini dəfələrlə vurğulayan və hətta bacarmasa, vəzifəsindən gedə biləcəyini bəyan edən,zahirən sadəlövh, qalmaqaldan qaçmağa üstünlük verən, Milli razılıq şüarı ilə həftebicar bir komanda(islahatçı, fundamentalist, bitərəf müavinlər, nazirlər, ostandarlar) təşkil edən və artıq həm mühafizəkarların,həm də islahatçıların tənqidi və müqaviməti ilə  üzləşən Məsud Pezeşkiyan ilk dəfə elan etdiyi addımı atmaqdan imtina etdi.Yəni Bakıya COP 29 beynəlxalq  ümumdünya tədbirində iştirak etmək üçün gələ bilmədi.Onun Bakıya gedəcəyi xəbəri elan edilən gündən radikal mühafizəkarlar, başda Rəhbərin “Keyhan” qəzetində nümayəndəsi və qəzetin baş redaktoru olmaqla, böyük etiraz hayküyü qalxdı.Onlar həmin səfəri guya prezident üçün qurulmuş tələ(yenə İsrail xofu) adlandırırdılar.

Yarı islahatçı, yarı mühafizəkar,yarı alim, yarı ruhani(“Nəhcülbəlağə” əsərini rəhbər tutan, Əli aşiqi) prezident Məsud Pezeşkiyan mühafizəkarların(yəqin ki, Rəhbərin göstərişi ilə) qarşısında,onların tələbini yerinə yetirərək  geri addım  atmağa  məcbur oldu.

Yəqin ki bunun ardınca geri atılacaq digər addımlar olacaq.

Maraq  üçün qeyd etmək lazımdır ki, həm islahatçı prezident S.M.Xatəmi(1997-2005) və  həm də mötədil prezident H.Ruhani(2013-2021) eyni  təzyiqlərə məruz qalıb və müqavimət göstərmək istədikdə onlara qarşı geniş”xalq” etirazları təşkil edilmişdi.

Prezidentliyə başlamasından cəmi 3 aydan bir qədər çox keçməsinə baxmayaraq, onun əsas vədlərindən olan internet üzərində filtiri aradn qaldırmaq, Hicab məsələsində zorakılığa və məcbur etməyə yol verməmək və s.  kimi vədlərinin icrasına qarşı “geniş” xalq , xüsusən tanınmış ruhanilərin,  etirazları başlanmışdır. Bu az imiş kimi, ikinci dəfə(2013 və 2024) prezident  seçkilərində məğlubiyyətə uğrayan və elə 2013-cü ildə  mötədil Ruhani hökumətinə qarşı  fəaliyyət göstərmək üçün İranda heç bir hüquqi, təşkilati  əsası olmayan “Kölgə hökuməti” təsis etmiş,  Rəhbərə yaxınlığı ilə seçilən, Ali Milli Təhküsəzlik Şurasında Rəhbərin nümayəndəsi olan Səid Cəlili  bu günlərdə bütün müxalif qüvvələri həmin “hökumət” ,daha doğrusu öz ətrafında toplamaq üçün daha geniş və təxribatçı fəaliyyətini davam etdirir.




Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR
PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR
02.12.24, АНАЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
13.05.24, ЭТНОПОЛИТИКА
İRANIN SEÇİMSİZ SEÇKİLƏRİ
İRANIN SEÇİMSİZ SEÇKİLƏRİ
28.02.24, АНАЛИТИКА
İRAN MÜXALİFƏTİ VƏ TRAMP
İRAN MÜXALİFƏTİ VƏ TRAMP
09.02.25, АНАЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Avraham Shmulevich; İsrail Ermeni Soykırımı’nı Tanıdı: Ermeniler Neden Öfkeli ve Bu Neye Yol Açabilir?
Avraham Shmulevich; İsrail Ermeni Soykırımı’nı Tanıdı: Ermeniler Neden Öfkeli ve Bu Neye Yol Açabilir?
08.07.26, ЭТНОПОЛИТИКА