Ethnoglobus » АНАЛИТИКА » İranın "Mehestan" partiyası Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarının qarşısını almaq üçün qəti addımlar atmağa çağırır

İranın "Mehestan" partiyası Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarının qarşısını almaq üçün qəti addımlar atmağa çağırır

İranın "Mehestan" partiyası  Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarının qarşısını almaq üçün qəti addımlar atmağa çağırır
АНАЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
17:17, 08 oktyabr 2024
2 431
0
Vidadi Mustafayev


Bəlkə İranda tanınan, islahatçı,panfarsist "Mehestan"( əyanlar, lordlar,ən böyüklər,...) partiyası növbəti dəfə bəyanat yayaraq İran dövlətini -XİN, Silahlı Qüvvələr, xüsusən İran ordusunu(Silahlı qüvvələr Ordu, Sepah və Daxili qoşunlardan ibarətdir)Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarının qarşısını almaq üçün qəti addımlar atmağa çağırır. (عصر ایران (asriran.com) 


Partiya bəyanatında kimlərisə arxasınca aparmağı hədəfləyən bir siyasi qurum olduğunu unudaraq, Azərbaycana qarşı daşnakların, onların Qərb havadarlarının  ən bəsit iftiralarını(2020- ci ildən  etnik təmizləmə, köçüb gedənlərin evləri və əmlaklarının qəsb edilməsi və s.)təkrar etməkdən həya etmir.Partiya öz bəyanatında "Turan" dəhlizinin yaratdığı qorxudan digərlərinin görə bilmədiyi "uzaqvədəli" təhlükələri dilə gətirir.Partiya anti Azərbaycan və ermənipərəst təbliğatını genişləndirərək Qərbi Azərbaycan diskursunun Ermənistan və İran üçün "təhlükələri"ndən ağzı köpüklənə-köpüklənə danışır.


Partiya heç bir etika gözləmədən, utanıb-çəkinmədən "Turan" dəhlizinin guya İranın Qərb dünyası ilə əlaqəsini kəsəcəyini, həmin dəhlizdən  Mərkəzi Asiya dövlətləri, Azərbaycan, Çin, Rusiya və Türkiyənin istifadə edəcəyini qeyd edərək İran dövlətini Azərbaycana münasibətdə  sərt siyasət yeridərək  onların da maraqlarına qarşı çıxmağa çağırır.


Partiya İran dövlətindən Azərbaycana qarşı  hələ indiyə kimi heç kimin ağına gəlməyən böhran yaradılmasının ssenarisini da irəli sürür.
Ermənistanda,Qərbdə Qarabağdan könüllü şəkildə , rahatlıqla köçmüş ermənilərin  qaytarılmasından Azərbaycana təzyiq vasitəsi kimi istifadə edildiyi    halda, özünü həm də paniranist elan edən partiya yalnız ağılsız, prinsipsiz və mənəviyyatsız adamların ağlına gələ bilən ideya da irəli sürür.


Partiya ermənilərin "Artsax"a qaytarılması ilə kifayətlənməyərək, İran dövlətini 1988-ci il əhalinin siyahiya alınması əsasında burada "Öz müqəddəratını təyin etmə"yə dair referendum keçirilməsini dəstəkləməyə çağırır.
Paniranist\panfarsist ideoloqların, siyasətçilərin Azərbaycana, bəli-bəli təkcə Azərbaycan Respublikasına deyil, bütün  Azərbaycana nifrətinin həddi-hüdudu yoxdur.


Onların əsas siyasəti Cənubi Azərbaycanlıları hərtərəfli təzyiq altında saxlamaq üçün Azərbaycan Respublikasına qarşı mümkün qədər geniş problemlər yaratmağa xidmət edir. 


 Daim geriyə,keçmişə  baxmağa alışmış sözdə islahatçı, demokrat, ziyalılar unudurlar ki, onların gələcək  günləri çoxdan keçmişdir.




Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
یادداشت ولایتی درباره مسائل اخیر بین ایران و جمهوری آذربایجان: من هم یک آذری هستم
یادداشت ولایتی درباره مسائل اخیر بین ایران و جمهوری آذربایجان: من هم یک آذری هستم
22.11.22, ЭТНОПОЛИТИКА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
İRAN TERROR AKTINDAN SONRA AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİ  GENİŞLƏNDİRİR
İRAN TERROR AKTINDAN SONRA AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
02.02.23, ЭТНОПОЛИТИКА
İRANIN  AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN  MƏRHƏLƏLƏRİ
İRANIN AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN MƏRHƏLƏLƏRİ
23.04.23, ЭТНОПОЛИТИКА
İRAN PROFESSORUN YALAN VƏ İFTİRALARI
İRAN PROFESSORUN YALAN VƏ İFTİRALARI
29.09.22, АНАЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
MİR CƏFƏR BAĞIROV  və   azərbaycanlıların Milli Qırğını 3.
MİR CƏFƏR BAĞIROV və azərbaycanlıların Milli Qırğını 3.
07.04.22, ИСТОРИЯ И ОБЩЕСТВО