Ethnoglobus » ЭТНОПОЛИТИКА » İRADƏ MƏLİKOVANIN “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM” KİTABININ TƏQDİMATI KEÇİRİLİB

İRADƏ MƏLİKOVANIN “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM” KİTABININ TƏQDİMATI KEÇİRİLİB

İRADƏ MƏLİKOVANIN “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM” KİTABININ TƏQDİMATI KEÇİRİLİB
ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
19:44, 24 may 2024
765
0

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində yazıçı-jurnalist İradə Məlikovanın “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan BBMM-in müşaviri Aytən Qəhrəman ölkəmizdəki çoxmədəniyyətliliyin tarixi zənginliyindən, Ümummilli Lider Heydər Əliyevin  bu istiqamətdəki müdrik siyasətindən, eləcə də Azərbaycanda yaşayan xalqların mədəniyyətinin təbliğində Multikulturalizm Mərkəzinin rolundan söz açıb. BBMM-in ölkəmizdəki müxtəlif xalqların dillərində hazırladığı nəşrlər, xüsusilə talış dilində olan kitablar haqda da məlumat verən A.Qəhrəman yazıçı-jurnalist İradə Məlikovanın “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının əhəmiyyətini vurğulayıb. Mərkəzin Analitika şöbəsinin müdiri Rəşad İlyasovun moderatorluğu ilə keçən tədbirdə Azərbaycandakı milli icmaların nümayəndələri, ziyalılar, tələbələr iştirak ediblər. Təqdimat mərasimində çıxış edən Talış İcmasının ağsaqqalı İmamverdi Həmidov, “Etnoqlobus” Araşdırma Mərkəzinin rəhbəri Gülnarə İnanc, uzman həkim Aydın Talışinski, “Azərbaycan Ukrayna Konqresi” İctimai Birliyinin sədri Yuriy Osadçenko, şair Etibar Əliyev, “Həkəri” qəzetinin baş redaktoru Rauf İlyasoğlu,  əmək müfəttişliyinin zona üzrə sabiq rəisi Ərəstun Əbilov, Vineyard kilsəsinin pastoru Emil Pənahov,  AMEA  Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Radif Mustafayev, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, Masallı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbadova və digərləri kitabın ərsəyə gəlməsində İ.Məlikovanın gördüyü işlər, Multikulturalizm Mərkəzi ilə birgə fəaliyyəti, eləcə də “Dodo” qəzeti haqda fikirlərini bölüşüb, Ulu Öndərlə bağlı xatirələrini danışıblar. Qeyd olunub ki,  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hər zaman ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrini diqqət mərkəzində saxlayıb, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarını bir-birindən ayırmayıb. Bu gün isə bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  
Tədbirin sonunda yazıçı-jurnalist İradə Məlikova çıxış edərək, BBMM-in 10 illik fəaliyyəti dövründə Mərkəzlə olan sıx əlaqələrindən, hazırlanan müxtəlif nəşrlərdən, araşdırmalardan danışıb. Müəllif “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının işıq üzü görməsində əməyi keçənlərə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Xatırladaq ki, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan kitabda Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə cənub bölgəsinə göstərdiyi əvəzsiz xidmətlər – tikinti, abadlıq və quruculuq işləri əksini tapıb. Eləcə də Lənkəran, Astara, Masallı və Lerik rayonlarında keçirdiyi görüşləri, zəhmət adamları ilə maraqlı söhbətləri yer alıb. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan və talış dillərində nəşr olunan kitabın Azərbaycan dilində redaktoru şair-publisist Rauf İlyasoğlu, talış dilində redaktoru şair-publisist Baləddin Veşo, ön sözünün müəllifi filologiya elmləri doktoru, professor, ərəbşünas alim İmamverdi Həmidovdur.







































































Multikulturalizm Mərkəzində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimatı keçirilib - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
HEYDƏR   ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
10.05.25, ИСТОРИЯ И ОБЩЕСТВО
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Azərbaycanda etnik talışlar türkdilli toplumda özünü necə hiss edir
Azərbaycanda etnik talışlar türkdilli toplumda özünü necə hiss edir
05.08.24, КОНФЕРЕНЦИИ / ЭТНОПОЛИТИКА
AZƏRBAYCAN  RESPUBLİKASI   MULTİKULTURALİZM  SİYASƏTİNİN    NÜMUNƏSİ KİMİ
AZƏRBAYCAN RESPUBLİKASI MULTİKULTURALİZM SİYASƏTİNİN NÜMUNƏSİ KİMİ
08.05.23, ЭТНОПОЛИТИКА
Azərbaycanda və  Balkan  ölkələrində  multikulturalizm və tolerantlıq  ənənələrinin  müqayisəli  təhlili.
Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.
29.09.25, ЭТНОПОЛИТИКА
HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI
HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI
10.05.26, ЭТНОПОЛИТИКА
Bakıda  “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub
Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub
31.10.25, ЭТНОПОЛИТИКА
Dodo İradə Məlikova haqqında bir neçə söz
Dodo İradə Məlikova haqqında bir neçə söz
18.07.25, КУЛЬТУРА
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASINDA CƏNUBİ AZƏRBAYCAN
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASINDA CƏNUBİ AZƏRBAYCAN
11.07.23, ЭТНОПОЛИТИКА
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
13.05.24, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО