Ethnoglobus » ЭТНОПОЛИТИКА » İRANIN DOSTU KİM, DÜŞMƏNİ KİM

İRANIN DOSTU KİM, DÜŞMƏNİ KİM

İRANIN DOSTU KİM, DÜŞMƏNİ KİM
ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
17:09, 29 aprel 2024
774
0

Foto: www.pakistantoday.com.pk

Vidadi Mustafayev

İran mediasında ilk baxışda görünməmiş,lakin hazırki rejimin  mahiyyətini əks etdirən iş baş vermişdir.
Artıq 45 ildir bütün günü,xüsusən də 13 aprel raket və dron hücumundən sonra İsrailin varlığı əleyhinə müxtəlif səviyyələrdə ardıcıl və “gərgin” ideoloji mübarizə aparan İran hərdən bir, SƏRF edəndə, İsrail rəsmilərindən sitat gətirməyi  də unutmur.
HƏMAS-İsrail müharibəsi başlayandan sonra Türkiyə -İsrail münasibətlərində müəyyən gərginlik yaranması İrana xüsusilə ləzzət verir.Amma bu məsələdə o,Türkiyəni dəstəkləməyə tələsmir, əksinə həmin ölkə əleyhinə deyilən hər bir fikri həvəslə tirajlayır.Bu dəfə İran mediası İsrailin Xarici işlər nazirinin Türkiyə Prezidenti R.T.Ərdoğana qarşı tvitini tam şəkildə tərcümədə vermişdir.Həmin tvitdə İranı xüsusilə ilə qane edən fikirlər yer almışdır.Həmin fikirlər yeri gələndə İranda da tez-tez təkrar olunur.Bu dəfə həmin fikirləri “sionist rejim” in yüksək rütbəli rəsmisindən eşitmək İrana  ayrı KEYF verir.
Həmin tvitdə Türkiyə prezidenti OSMANLI imperiyasını bərpa etməkdə və İslam dünyasının LİDERLİYİNƏ can atmaqda ittiham edilir.
Osmanlı məsələsi , İran tərəfindən qonşuları qorxutmaq  və özünün Sasani imperiyasını bərpa etmək xülyasından diqqəti yayındırmaq üçün maraqlıdır.
Amma İslam dünyasında LİDERLİK məsəlsi İranın ən yaralı yeridir.Çünki əməldə sünni və xüsusən ərəb sünni ölkələrində şiə azlığını dəstəkləməklə İslam aləmini parçalamaq, regionda səbatsızlıq şəraiti yaratmaq siyasəti yeridən sözdə İSLAM rejimi ideoloji sferada özünü İslam aləminin lideri kimi görür.İranın hakimiyyətlərüstü hakimiyyətinin başçısı “Böyük Rəhbər”in rəsmi titulu İSLAM İNQİLABININ rəhbəri kimi qeyd edilir.Həmin titul İranın ŞİƏ rejiminin İslam aləmində inqilablara rəhbərlik iddiasını əks etdirir.Ona görə də Türkiyənin İslam dünyasında nüfuzu və artmaqda olan təsirini özü üçün bir rəqabət yox təhdid hesab edir.
“Düşmən” dən gətirilən sitatla İran özünün -Türkiyənin əsas rəqib və təhdid olduğu fikrinin, doğruluğuna iranlıları bir daha inandırmağa çalışır.
Ona görə də Türkiyəyə qarşı səsləndirilən fikirlər, “öz düşməni” tərəfindən olsa belə, dərhal iranlılara çatdırılır ki, cəmiyyətdə antiTürkiyə əhval-ruhiyyəsi gündəmdə saxlanılsın.


Amma  Türkiyə ilə rəsmi əlaqələr, qarşılıqlı səfərlər zamanı İran mediası iki ölkə arasında dostluqdan, həmrəylikdən dəm vurur. Bu da İran ictimai-siyasi fikrinin, özləri demişkən, əsas “şegərd”idir( hiyləsi):üzdə və üz-üzə  bir söz deyib, əsl məqsəd və münasibətini gizli saxlamaq.

İndiki halda da İran deyə bilər ki, bu fikri o yox, İsrail rəsmisi deyir.

İran belə İrandır və dəyişən deyil.




Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Qüds azadlıq yolunda
Qüds azadlıq yolunda
28.04.22, АНАЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
"Sionist İsrail və Şeytan Amerika" İranı necə xilas etdi?
"Sionist İsrail və Şeytan Amerika" İranı necə xilas etdi?
02.09.24, ЭТНОПОЛИТИКА
İRANIN  AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN  MƏRHƏLƏLƏRİ
İRANIN AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN MƏRHƏLƏLƏRİ
23.04.23, ЭТНОПОЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
İsrail -Həmas qarşıdurması və fürsətcil İran
İsrail -Həmas qarşıdurması və fürsətcil İran
11.11.23, ЭТНОПОЛИТИКА
İRAN TERROR AKTINDAN SONRA AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİ  GENİŞLƏNDİRİR
İRAN TERROR AKTINDAN SONRA AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
02.02.23, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО