Ethnoglobus » ЭТНОПОЛИТИКА » Təzadlı İran

Təzadlı İran

Təzadlı İran
ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
21:30, 20 aprel 2024
808
0

Foto: google

Vidadi Mustafayev

İRAN BƏD ƏMƏLLƏRİNDƏN PEŞMAN OLUR???
25 fərvərdin 1403\13 aprel 2024-cü il tarixində ölkənin mərkəzi saytlarından birində

 İİR Ümumi( xalq)  Mədəniyyət  Şurasının katibi  Seyid  Məcid İmaminin ölkədə qeyri-maddi mədəni irsin vəziyyəti ilə bağlı geniş hesabat xarakterli çıxışı dərc edilib.Katibin izahatında İranda dillərin və dialektlərin vəziyyətinə də toxunulub. Məlum olub ki, YUNESKO -nun ölkələrin təqdim etdiyi məlumat əsasında hazırladığı atlasda İranda 13 dili və dialektin məhv olmaq vəziyyətində olduğu öz əksini tapıb.
S.M.İmami haqlı olaraq deyir:”Dil və ləhcə milli və qlobal məsələlərdən biridir… Bir dilin və dialektin məhv edilməsi bir mədəniyyətin məhv edilməsidir”.

O daha sonra  qeyd edir ki,fars dilinə qarşı təhdidlərlə bağlı olaraq onu qorumaq üçün müəyyən işlər görülmüş və bunlar düzgün addımlar  idi.Lakin  bu zaman “ İranın müxtəlif qeyri-fars  dilləri və ləhcələrini  qorumaq  üçün heç nə edilməyib  və buna görə  o, özlərini və hər kəsi tənqid edir”.

S.M.İmami  qeyri-fars dilləri və ləhcələrinin qorunmasında İran radio-televiziya  şirkətinin vilayət redaksiyalarının  müəyyən işlər gördüyünü, lakin orta və ali təhsil sisteminin yarıtmaz əməl etdiyin qeyd edir.

Katib həmin səhvləri(?) düzəltmək üçün  “İran xalqlarının mədəniyyəti  və dillərinin  müxtəlifliyi ilə bağlı strateji sənəd olan strateji bəyannamə” hazırlandığını elan edərək sənədin  “1 xordad\21 may  Beynəlxalq Mədəni Müxtəliflik gününə qədər …təsdiqlənəcəyinə”ümid etdiyini  bəyan edir.

Xüsusi olaraq qeyd edilir k, adı çəkilən “sənəd konstitusiyadan irəli gələn ilk sənəddir…və  bu sahədə konstitusiyadan sonra ilk müstəqil sənəd olacaqdır”, eyni zamanda  həmin sənədin ”  vəzifəli və məsuliyyət daşıyan şəxslərin iranlıların mədəni və xüsusən dil müxtəlifliyini təşviq\tərvic\etməyə səi göstərməyə məcbur edən  və onların fəaliyətini tənzimləyən sənəd oacağına ümid” ifadə edilir.

Bəyannamənin ümumi şəkildə İranda mədəni və linqvistik müxtəlifliyin qorunmasına  yönəldiyi  qeyd edilir,lakin məzmunu haqqında heç nə deyilmir.


Belə bir sənədin birdən-birə üzə çıxmasının real nəticələri haqqında nəsə demək çox çətindir. Amma bir məsələni ehtimal etmək olar ki, pafosla elan edilən sənədin çətin ki, İranın qeyri-fars  xalqlarının  etnik dil əsasında mədəni inkişafına müsbət istiqamətdə  əsaslı təsiri olsun.

Belə düşünməyə İranın yaxın tarixində həyata keçirilən etnomilli siyasətinin mahiyyəti əsas verir.

Məlum olduğu kimi, İranın 50 il ərzində(Pəhlıvi rejimi 1925-1979) apardığı zorakı, repressiv assimilyasiya siyasəti qeyri-fars xalqların 1978-1979- cu illər antimonarxist inqilabında daha fəal iştirak etməsinə səbəb olmuşdu. Qeyri-fars xalqları şovinst,millətçi və irqçi rejimin devrilməsi ilə onun yeritdiyi milli syasətə son qoyulacağına və mədəniyyət və dillərinin azadlığa çıxacağına və sonrakı inkişafına şərait yaradılacağına böyük ümidlər bəsləyrdilər.

Bunu 1979- cu ildə Əsas qanunu hazırlayan Ekspertlər məclisində etnik azlıqların  nümayəndələrinin çıxışlarında  irəli sürdükləri tələblər və ifadə etdikləri ümidlərində aydın görmək olardı.

Lakin dünənki millətçilər, o günlərdə islamçı olmuş “fars inqilabçıları”,  qeyri-fars xalqların  nümayndələrinin  etno-milli maraqların təmin edilməsinə yönəlmiş heç bir siyasi, sosial-iqtisadi və mədəni tələblərini eşitmək  belə istəmıdiklərini nümayiş etdirdilər.

Onlar yalnız  etnik və məhəlli(?) dillərin  fars dili ilə yanaşı mətbuat, kütləvi informasiya vasitəlırində və  onların ədəbiyyatının məktblərdə tədrisi AZADlığını əks etdirən 15ci maddəni qəbul etdilər.

İlk vaxtlar Əsas qanunun məşhur 15-ci maddəsi müəyyən razılıqla qarşılandı və milli münasibətlərin tənzimlənməsində irəliyə doğru yarımçıq da olsa,  bir addım hesab olunurdu.Qeyri-fars xalqlar tezliklə  onların  heç olmasa, ədəbiyyatının məktəblərdə tədris olunacağına   ümid edirdilər.Lakin məlum oduğu kimi, İran İslam Respublikası mövcud oduğu 45 ildə həmin sahədə bəzi imitasiyalar nümayiş etdirsə də,   mənfur  və bədnam 15-ci maddəni icra etməkdən hər vəchlə boyun qaçırır.Maraqlı cəhət ondan ibarətdir ki, həmin maddənin icra edilməsi məsəlsi meydana çıxanda fars şovinistləri mövqeyində duran “alimlər” ordusu var gücü ilə ona qarşı çıxaraq öz mövqeyini “elmi” dəlilərlə əsaslandırırlar.Onların həmin maddənin icrasına qarşı çıxmasınn iki əsas “arqumenti” var.Birincisi,  etnik dillərin tədrisi fars dilinin mövqeyini zəiflədəcək və etnosentrizmi gücləndirəcək.İkincisi və daha əsası, Qanunun dövləti həmin maddəni icra etməyə  məcbur etməmısi.Onlar “azad” terminindən dövlətin hakim millətçi siyasətinə haqq qazandırmaq üçün geniş şəkildə istifadə edirlər.Yəni  Əsas qanun bu sahədə dövlətin üzərinə heç bir öhdəlik qoymur.Ona görə də dövlətin öz üzərinə Əsas qanunla müəyyən edilməyən öhdəlik götürməsi, əslində nəinki qanuna ziddir, həm də əsası olmayan maliyyə məsrəflərinə yol aça bilər.

Yuxarıdakı icmalda S.M.İmaminin İran R\tv-nin qeyri-fars dillərin qorunmasında mühüm rol oynadığını vurğulamasına münasibət bildirərək, təkcə onu demək kifayətdir ki, R\tv –nin  vilayət şəbəkələrinin əsas vəzifələrindən biri qeyri-fars dillərini sırf dil-leksik və hətta qrammatik baxımdan,yəni dildaxili  assimilyasiyanı təmin  etmək olmuşdur.

Nəhayət, onu da qeyd etmək lazımdır ki,  qeyri-fars xalqlarının milli-mədəni maraqlarına müəyyən dərəcədə cavab verən SƏNƏD qəbul edilə bilər.Lakin Əsas qanunun 15-ci Maddəsi ilə bağlı tarixi təcrübə göstərir ki, həmin sənədin icrasına ümid etmək çox çətindir. Çünki etno-milli siyasəti hazırlayanlar və onu icra etməli olanların  birdə-birə, qəflətən elliklə şovinist,millətçi baxış, yanaşma  və mövqelərindən çəkiləcəyini iddia etmək  sadəlövhlük olardı.

TRİBUN .Çoxmədəniyyətli cəmiyyətin məsələlərini araşdıran dərgi.Üçüncü dövr, 13-cü sayı.aprel,2024\ s.457-460

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
13.05.24, ЭТНОПОЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
İran milli kimliyində fars dili üçün yaranan təhlükə
İran milli kimliyində fars dili üçün yaranan təhlükə
23.12.23, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
HEYDƏR   ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
10.05.25, ИСТОРИЯ И ОБЩЕСТВО
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА